Qapalı sistem nədir? Təbiətin ümumi elmi mənzərəsində ətraf mühitdən şərti təcrid edilmiş və ümumi əlamətlərinə görə əlaqələndirilən cisimlər toplusundan ibarət sistemə qapalı sistem kimi baxılır.
● Qapalı sistem - verilən şəraitdə bir-biri ilə qarşılıqlı təsirdə olub başqa cisimlərlə qarşılıqlı təsirdə olmayan cisimlərdən ibarət sistemdir. Saxlanma qanunları qapalı sistemlərdə ödənilir.
İmpulsun saxlanması qanunu. Saxlanma xassəsinə malik fiziki kəmiyyətlərdən biri
impulsdur. Bu xassə ondan
ibarətdir ki, yalnız bir-biri ilə qarşılıqlı təsirdə olan cisimlərin impulslarının cəmi dəyişmir,
cisimlərin tam impulsu sabit qalır.
● Sistemi təşkil edən bütün cisimlərin impulslarının həndəsi cəmi həmin sistemin tam impulsu
adlanır.
Cisimlərin qarşılıqlı təsirləri nəticəsində onların impulsları dəyişir. Nümunə üçün iki cismin qarşılıqlı təsirini araşdıraq.
Birinci cismin qarşılıqlı təsirdən əvvəlki impulsunu , qarşılıqlı təsirdən sonrakı impulsunu , ikinci cismə aid olan uyğun impulsları isə və ilə işarə edək. Bu cisimlərin qarşılıqlı təsir qüvvələrini isə uyğun olaraq və ilə işarə etsək, Nyutonun III qanununa əsasən təsir əks təsirə bərabər olar: = — . Bərabərliyin hər iki tərəfi cisimlərin qarşılıqlı təsir müddətinə (Δt ) vurularsa, qapalı sistem üçün bərabərlik pozulmaz:
Burada ⋅ Δt birinci cismin, ⋅ Δt isə ikinci cismin impulsunun dəyişməsi olduğundan (bax: 2.3 mövzusu) alınır:
və ya
(3.2)
● İki cismin qarşılıqlı təsiri nəticəsində onların impulslarının dəyişməsi qiymətcə bərabər, istiqamətcə bir-birinin əksinədir.Buradan alınır ki, öz aralarında qarşılıqlı təsirdə olan iki cismin impulslarının vektoru (həndəsi) cəmi sabitdir:
Sonuncu ifadəni n sayda cisimdən təşkil olunan qapalı sistem üçün də ümumiləşdirdikdə qapalı sistemi təşkil edən cisimlər üçün impulsun saxlanması qanunu alınır:
● Qapalı sistem təşkil edən cisimlərin impulsunun vektorial cəmi sabit qalır:
İki cismin toqquşması. İki cismin toqquşması onların deformasiya etməsi və yaranan elastiklik qüvvələrinin təsiri altında impulslarının dəyişməsi ilə nəticələnir. İdeallaşdırılmış şəraitdə iki növ toqquşma fərqləndirilir: mütləq elastiki toqquşma və plastiki toqquşma.