II FƏSLƏ AİD MƏSƏLƏLƏR
2.12.
Yer səthindən h = 3RYer məsafəsindəki nöqtədə qravitasiya sahəsinin
intensivliyi nəyə
bərabərdir (Yer səthində g = 9,81 m/san2-dir) ?
2.13.
Məftildən 10 kq kütləli yük asıldıqda onun uzunluğu 0,5 mm artdı. Məftilin sərtliyini təyin edin (g = 10
m/san2).
2.14.
Yayı 0,15 m gərdikdə 0,006 kN elastiklik qüvvəsi yarandı. Yayı nə qədər gərmək lazımdır ki, 16 N
elastiklik qüvvəsi yaransın?
2.15.
Bir metrlik xətkeşin yaxınlığında asılan yaydan 2 kq kütləli yük asıldıqda onun uzanması şəkildə təsvir
edildiyi qədər oldu.
Təyin edin:
a) yükə ikinci eyni yük əlavə olunarsa, yaya bərkidilən əqrəbin
xətkeşin hansı bölgüsünün üzərində dayandığını;
b) yayın sərtliyini (g = 10
m/
san2).
2.16.
Kütləsi 18 kq olan taxta tiri üfüqi taxta döşəmənin üzərində hansı qüvvəylə itələmək lazımdır ki, o,
sabit sürətlə sürüşsün (taxta-taxta üçün μ = 0,5; g = 10 m/san2)?
2.17.
Kütləsi 2 t olan avtomobil şosedə 110 km/saat sürətlə hərəkət edərkən sürücü 100 m irəlidə yolu
qoyun
sürüsünün keçdiyini görür və dərhal avtomobili tormozlayır. Tormozlanan avtomobil dayanana qədər
sürünü vuracaqmı (rezin şin - quru asfalt üçün μ = 0,7 və g = 10 m/san2 qəbul
edin)?
2.18.
Yupiterin səthi üçün birinci kosmik sürət nə qədərdir? (G = 6,7 ⋅ 10 -11 Nm2
kq2;
bax: cədvəl 2.3)
2.19.
Cisim sabit 50 N qüvvənin təsiri altında elə düzxətli hərəkət edir ki, onun koordinatının
zamandan
asılılığı x = 4 + 3t - t 2 qanunu ilə dəyişir.
Təyin edin: a) cismin hərəkət təcilini; b) cismin
kütləsini.
2.20.
Çəkisi 1600 N olan tir iki burazdan asılmışdır. Tirin kütlə mərkəzindən asılma nöqtələrinə qədər məsafə
3 m və 1 m-dirsə, burazların gərilmə qüvvələri nə qədərdir (burazların çəkisi nəzərə alınmır)?