Tətbiqetmə
Mail müstəvidəki cisim üçün tarazlığın hansı şərti ödənilir?
Məsələ 2. Mail müstəvidəki cisim üçün təyin edin (
b):
a) tarazlıq şərtini ifadə edən düsturu;
b) sürtünmə qüvvəsinin hansı qüvvə ilə tarazlaşdığını;
c) reaksiya qüvvəsinin hansı qüvvə ilə
tarazlaşdığını.
Nəticənin müzakirəsi:
- Mail müstəvidəki cismin tarazlıqda qalması üçün tarazlığın hansı şərti ödənilməlidir?
- Cisim mail müstəvidə tarazlıqdadırsa, ona neçə qüvvə təsir edir, bu qüvvələri sxemdə
göstərə bilərsinizmi?
Gündəlik həyatınızla əlaqələndirin:
Yəqin ki, nə vaxtsa dostlarınızla bu maraqlı fiziki eksperimenti icra etmisiniz: ling üzərinə
qoyulmuş çay daşını qu tükü tarazlaşdırır (
c).
- Bu hadisədə tarazlığın hansı şərti ödənilir?
Cavabınızı sxemdə əsaslandıra bilərsinizmi?
- Demək olarmı ki, qu tükü ilə daşın kütləsi eynidir? Nə üçün?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- Maddi nöqtə modulları 60 N və 80 N olan iki qüvvənin təsiri altında hərəkətdədir.
Qüvvələr aralarındakı bucaq 90°-dir. Təyin edin:
a) |
maddi nöqtənin təcilinin istiqamətini (sxemdə təsvir edin);
|
b)
|
maddi nöqtəni tarazlıqda saxlamaq üçün ona tətbiq olunan qüvvənin modulunu və
istiqamətini (sxemdə təsvir edin).
|
-
Şəkildə təsvir edilən
əvəzləyici qüvvəsinin qırıq xətlər boyunca yönələn toplananlarını təyin edin (d).