2
Gündəlik həyatınızla əlaqələndirin:
Yaşayış məntəqəsində 72 km/saat sürətlə hərəkət edən avtomobilin qarşısına qəfildən 5 m irəlidə
sahibsiz bir it çıxdı. Sürücü dərhal avtomobili tormozladı. Tormozlanan avtomobil iti vuracaqmı?
Burada
avtomobil şini - quru asfalt üçün sürüşmə sürtünmə əmsalını və sərbəstdüşmə təcilini uyğun olaraq
μ = 0,5g =
10m/san
2
qəbul etməli.
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- Kütlələri uyğun olaraq 10 t və 1 t olan iki avtomobil yaş asfalt örtüklü yolda eyni
sürətlə hərəkət edir. Avtomobillər eyni anda tormozlanarsa, hansının tormoz yolu daha
uzun olar?
- Sürtünmə olmasa idi, şəhərdə nə baş verərdi?
- Sürüşmə sürtünmə əmsalı nədən asılıdır ?
- Sapdan asılan cisim asqıyla birlikdə ağırlıq qüvvəsinin əksinə bərabəryavaşıyan hərəkət edərsə,
ona təsir edən havanın müqavimət qüvvəsi nəyə bərabər olar?