Beləliklə, üfüqi səthdə bərabərsürətli düzxətli hərəkət edən cismə təsir edən qüvvələrin modulları cüt-cüt bir-birinə bərabərdir və qarşılıqlı təsirlərini kompensasiya edir:
N = mg; Fd = Fsür = μN = μmg. (2.32)
2. Cisim düzxətli bərabəryeyinləşən hərəkət edir (d). Bu halda cismin hərəkət tənliyi ümumi şəkildə belə olar:
Qüvvələri koordinat oxu üzərinə proyeksiyalayıb skalyar şəkildə yazsaq, alarıq:
ma = Fd - Fsür = Fd - μmg. (2.34)
Sonuncu ifadədən tənliyə daxil olan ixtiyari kəmiyyət asanlıqla təyin edilir.
3. Hərəkətdə olan cismə yalnız sürtünmə qüvvəsi təsir edir. Sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönəldiyindən onun təsiri ilə cismin aldığı təcil sürətin əksinə yönəlir. Ona görə də hərəkətdə olan cismə yalnız sürtünmə qüvvəsi təsir edərsə, o, tormozlanır. Bu halda cismin hərəkət tənliyi belə yazılır:
Cismin təcili isə a = Fsür
m = μmg
m = μg. (2.36)
Buradan üfüqi yolda hərəkət edən cismin tormozlanma yolu və müddəti təyin edilir:
ltor = v02
2a =
v02
2μg (2.37)
ttor = v0
a =
v0
μg.
(2.38)