Dartı qüvvəsinin müəyyən qiymətində cisim hərəkətə gələrək ikinci cismin səthində sürüşməyə başlayır - sürüşmə sürtünmə qüvvəsi yaranır.
Sürüşmə sürtünmə qüvvəsi ədədi qiymətcə səthin reaksiya qüvvəsi ilə (təzyiq qüvvəsi ilə) düz mütənasib olub sükunət sürtünmə qüvvəsinin maksimal qiymətinə bərabərdir:
(Fsür.)sürüşmə = (Fsür.)maxsükunət = μN.(2.31)
Burada μ — mütənasiblik əmsalı olub sürüşmə sürtünmə əmsalı adlanır: o, toxunan cisimlərin hazırlandığı materialdan (cismin aqreqat halından) və toxunan səthlərin hamarlığından asılıdır. μ — nün vahidi yoxdur.
Toxunan səthlərin xassəsindən asılı olaraq sürtünmə qüvvəsi quru sürtünmə qüvvəsi və müqavimət
qüvvəsi
adlandırılır.
● Quru sürtünmə qüvvəsi - bərk cisimlərin toxunan səthləri arasında yaranan sürtünmədir.
● Müqavimət qüvvəsi - bərk cismin mayedə və qazda hərəkəti zamanı meydana çıxan və hərəkətin əksinə
yönələn qüvvədir.
Sürtünmə qüvvəsinin təsiri altında hərəkət. Sürtünmə qüvvəsinin təsiri altında m kütləli cismin müxtəlif hərəkətini araşdıraq:
1. Cisim üfüqi səthdə bərabərsürətli düzxətli hərəkət edir. Ona təsir edən bütün qüvvələr sxemdə göstərilir (c). Bərabərsürətli hərəkətdə a = 0 olduğundan Nyutonun II qanununa əsasən cismin hərəkət tənliyi vektoru şəkildə belə yazılar:
Koordinat oxunu dartı qüvvəsi istiqamətində seçib qüvvələri onun üzərinə proyeksiyalasaq, tənlik asanlıqla həll edilər (bax: c):
0 = Fd - Fsür + 0 + 0.
Burada nəzərə alınmışdır ki, reaksiya qüvvəsi ilə ağırlıq qüvvələrinin OX oxu üzərində proyeksiyaları sıfıra bərabərdir - bu vektorlar oxa perpendikulyardır.