Burada l0 - bərk cismin başlanğıc, l isə son uzunluğudur, Δl - mütləq uzanmadır və onun BS-də vahidi metrdir. Δl<<l0 olduqda deformasiya elastik xarakterə malikdir. ε-nisbi uzanmadır və o, vahidsiz kəmiyyətdir.
Deformasiyaya məruz qalan cismin halı mexaniki gərginlik adlanan fiziki kəmiyyətlə xarakterizə
olunur.
● Mexaniki gərginlik - deformasiya zamanı yaranan elastiklik qüvvəsinin modulunun (Fe)
cismin en
kəsiyinin sahəsinə (S) nisbətinə bərabər olan fiziki kəmiyyətdir.
σ = Fe
S . (2.25)
Burada σ - mexaniki gərginlikdir. Onun BS-də vahidi paskaldır:
[σ] = 1 N
m2 = 1Pa.
σ = E ⋅ |ε| .(2.26)
E - mütənasiblik əmsalı olub Yunq modulu adlanır.
● Yunq modulu - nazik çubuğu dartıb iki dəfə uzatmaq üçün lazım olan gərginliyə bərabər fiziki kəmiyyətdir. O, cismin hazırlandığı materialdan asılıdır və onun da BS- də vahidi paskaldır: [E ] = [σ](2.24) və (2.25) ifadələri Huk qanununda - (2.26)-da nəzərə alınarsa:
Fe
S = E |Δl |
l0
→ Fe = ES
l0|Δl |. (2.27)
Burada
ES
l0 = k (2.28)
Sərtlik - elastiklik qüvvəsi ilə mütləq uzanma arasında mütənasiblik əmsalı olub nümunənin hazırlandığı materialdan və onun həndəsi ölçüsündən asılıdır.
(2.28)-i (2.27)-də nəzərə alsaq, Huk qanununu belə də yazmaq olar:
Fe = k |Δl |. (2.29)
Adətən, Huk qanunu
Fe = -kx (2.30)
şəklində də ifadə olunur. Burada x = Δl mütləq uzanmanı ifadə edir, mənfi işarəsi isə elastiklik qüvvəsinin zərrəciklərin yerdəyişməsinin əksinə yönəldiyini bildirir.Onun BS-də vahidi:
[k] = [Fe]
[Δl ] =
1N
m
.