Elektromaqnit təbiətli qüvvələr. Məlumdur ki, elektrik yükü ilə elektriklənən cisimlər bir-birinə ya cazibə, yaxud da itələmə xarakterli elektrik qüvvəsi ilə təsir edir. Cisimdəki elektrik yükləri bir-birinə nəzərən hərəkət etdikdə isə onlar arasında elektrik qüvvəsindən əlavə, maqnit qüvvəsi də yaranır. Bir-biri ilə sıx rabitədə olan bu qüvvələri ayırmaq qeyri-mümkündür, çünki onların təsiri eyni zamanda baş verir. Ona görə də deyilir ki, elektriklənmiş cisimlər arasındakı qarşılıqlı təsir elektromaqnit təbiətli qüvvələrin təsiri nəticəsində baş verir. Cisimlərin mexaniki hərəkət sürətlərinin dəyişdirilməsinə səbəb olan qüvvələrdən ikisi - elastiklik və sürtünmə qüvvələri də elektromaqnit təbiətli qüvvələrdir.
Elastiklik qüvvəsi elektromaqnit təbiətli qüvvədir. Bilirsiniz ki, istənilən bərk cisim
xarici qüvvənin
təsiri altında deformasiyaya məruz qalır (bax: Fizika-7, s.45).
● Deformasiya - xarici qüvvənin təsiri altında cismin öz forma və ölçülərini dəyişməsidir.
Deformasiya nəticəsində cismin atom və molekullarının bir-birinə nəzərən
yerdəyişməsi baş verir: atomlar arasındakı məsafə ya artır, yaxud da azalır. Belə
yerdəyişmə nəticəsində cismin atomlarının müsbət yüklü nüvələri ilə mənfi yüklü
elektronları arasındakı elektrostatik qarşılıqlı təsirləri də artıb-azaldır. Nəticədə, cismin
deformasiya olunan hissəsini əvvəlki vəziyyətinə qaytarmağa “çalışan” elektromaqnit
təbiətli qüvvə - elastiklik qüvvəsi yaranır.
● Elastiklik qüvvəsi — bərk cismin deformasiyası zamanı yaranan və cismin əvvəlki vəziyyətini bərpa
etmək istiqamətində yönələn qüvvədir.
Cismə xarici qüvvənin təsiri kəsildikdən sonra o, elastiklik qüvvəsinin təsiri altında öz əvvəlki forma və ölçülərini alarsa, belə deformasiya elastik deformasiya, əksinə, almırsa, plastik deformasiya adlanır.
Deformasiya - gərilmə-sıxılma, sürüşmə, burulma və əyilmə növlərinə görə fərqləndirilir. Cismin gərilmə-sıxılma deformasiyasında onun hissələri arasındakı məsafə dəyişir, sürüşmə deformasiyasında isə bu hissələr bir-birinə nəzərən sürüşür. Əyilmə deformasiyası bərk cismin hissələrinin gərilmə və sıxılma deformasiyalarının, burulma burulma deformasiyası isə cisimin müxtəlif uclarını əks istiqamətdə fırlatmaq üçün tətbiq olunmuş sürüşmə deformasiyasının nəticəsididir (b).
Huk qanunu. Bərk cismin gərilmə-sıxılma deformasiyası mütləq uzanma və nisbi uzanma adlanan kəmiyyətlərlə xarakterizə olunur.
Δl = l - l0, (2.23)
ε = Δl
l0 = l-l0
l0. (2.24)