2.8
ELASTİKLİK QÜVVƏSİ
Eramızdan əvvəl III əsrdə qədim yunanlar müharibələrdə Arximedin hazırladığı mühasirə və müdafiə “texnikasından” uğurla istifadə edirdilər.
Arximed texnikasının iş prinsipinə əsaslanaraq XIX əsrin 80-ci illərində Parisin “Frankoni” sirkində ilk dəfə “canlı mərmi” ilə atəş açan top xTr nümayiş etdirilməyə başlandı. Attraksionda heç bir barıt və qazdan istifadə olunmurdu, tüstü və səs isə yalnız süni yaradılan effektdən başqa bir şey deyildi.