Aydındır ki, əgər cisim üfüqi dayaqla birlikdə ağırlıq qüvvəsinin təsiri istiqamətində
şaquli aşağı yönəlmiş təcili ilə hərəkət edərsə, onun çəkisi azalar:
P = N = m(g - a). (2.21)
Çəkinin sıfıra bərabər olduğu hal - çəkisizlik. Cisim yalnız qravitasiya qüvvəsinin
təsiri ilə hərəkət
edərsə, yəni onun təcili sərbəstdüşmə təcilinə bərabər olarsa (a = g), cismin çəkisi sıfıra bərabər
olar. Cismin bu halı çəkisizlik adlanır:
P = N = m(g — g) = 0. (2.22)
2
Tətbiqetmə
Hansı halda cisim asqıya daha böyük qüvvə ilə təsir edir?
Məsələ 2. Sapdan asılan m kütləli cisim asqıyla birlikdə
təcili ilə hərəkət
edir. Bu cismin
çəkisini təyin edin: əgər cisim-asqı sistemi:
a) |
ağırlıq qüvvəsinin təsiri istiqamətində hərəkət edirsə;
|
b)
|
ağırlıq qüvvəsinin təsiri istiqamətinin əksinə hərəkət edirsə. Hərəkətləri sxemdə
təsvir
edin, havanın müqavimətini nəzərə almayın.
|
Nəticənin müzakirəsi:
- Cisim-asqı sistemi ağırlıq qüvvəsinin təsiri istiqamətinə yönəlmiş
təcili ilə hərəkət
edirsə, sapın gərilmə qüvvəsinin modulu nəyə bərabərdir?
- Cisim-asqı sistemi ağırlıq qüvvəsinin təsiri istiqamətinin əksinə yönəlmiş
təcili ilə
hərəkət edirsə, cismin hərəkət tənliyi necə yazılır?
Gündəlik həyatınızla əlaqələndirin:
Bəzən həyatda belə hadisə ilə üzləşə bilərsiniz: avtomobillə dostunuzun yaşadığı kəndə qonaq
gedirsiniz.
Kənd yolunu kəsən dərin çayın üzərində salınmış üfüqi taxta körpüdən keçmək lazımdır. Yol
kənarındakı
lövhədə körpünün ən çox 1,3 t kütləyə davam gətirə bildiyi qeyd olunmuşdur. Avtomobilinizin
sizinlə və
yüklə birlikdə ümumi kütləsi 1300 kq-dır. Avtomobili yükünü boşaltmadan körpüdən keçirməyə risk
edərsinizmi? Avtomobili hansı sürətlə sürmək lazımdır ki, körpü sınmasın? Cavabınızı
əsaslandırın.
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq
qaldı?
- Hansı hallarda çəki və ağırlıq qüvvələri arasında münasibət:
a) P = mg ;
b) P > mg ;
c) P < mg?
- İsbat edin ki, cisim üfüqi dayaqla birlikdə
təcili
ilə ağırlıq qüvvəsinin təsiri istiqamətində
hərəkət edirsə, onun çəkisi N = P = m(g — a) bərabərdir.
- Hansı hadisədə cisim çəkisizlik halındadır: trampilindən atılıb suya düşməkdə olan
idmançı, yerə
enməkdə olan paraşütçü, liftlə yuxarı qalxan sərnişin, balkondan düşən dibçək, yuxarı
atılan
top.
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “çəki ”, “reaksiya
qüvvəsi ”, “gərilmə qüvvəsi " ,“əlavə yüklənmə”, “çəkisizlik ".