Günəş sistemi cisimləri | Səthində sərbəstdüşmə təcili (m/san2) | Günəşdən olan orta məsafəsi (x106km) | Kütləsi (x1024kq) | Ekvatorial diametri (km-lə) |
Merkuri | 3,7 | 58 | 0,33 | 4 880 |
Venera | 8,8 | 108 | 4,8 | 121 |
Yer | 9,8 | 150 | 6 | 12 756 |
Mars | 3,8 | 228 | 0,6 | 6 800 |
Yupiter | 23,5 | 778 | 1 877 | 142 800 |
Saturn | 11,5 | 1 426 | 562 | 120 660 |
Uran | 9,8 | 2 869 | 86 | 50 800 |
Neptun | 11,6 | 4 496 | 102 | 49 600 |
Günəş | 27,4 | - | ≈1 989 000 | ≈1 392 000 |
Ay | 1,6 | - | 0,074 | 3 476 |
Çəki.
● Çəki - Yerin cazibəsi nəticəsində cismin üfüqi dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsidir. Çəki ilə işarə olunur, o, dayağa (və ya asqıya) tətbiq edilir, istiqaməti isə dayağa və ya asqıya perpendikulyardır. Dayağın cisimlə birlikdə hərəkətinin xarakterindən asılı olaraq cismin çəkisi dəyişə və ya dəyişməyə bilər.
Çəkinin dəyişmədiyi hal. Əgər cisim üfüqi dayaq üzərində sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdədirsə,onun çəkisi dəyişmir. Nə üçün?
Nyutonun III qanununa əsasən bu cismin çəkisi dayağın cismə göstərdiyi əks təsir qüvvəsinə - reaksiya qüvvəsinə modulca bərabər olub istiqamətcə onun əksinə yönəlir. Reaksiya qüvvəsi cismin özünə tətbiq olunur (b): (sadəlik üçün reaksiya qüvvəsinin tətbiq nöqtəsi cismin mərkəzinə sürüşdürülmüşdür).
Əgər asqıdan asılan cisim sükunətdə və ya asqı ilə birlikdə düzxətli bərabərsürətli hərəkətdədirsə, Nyutonun III qanununa əsasən bu cismin çəkisi onun asıldığı ipə göstərdiyi əks təsir qüvvəsinə - gərilmə qüvvəsinə modulca bərabər olub, istiqamətcə onun əksinə yönəlir.