2.7
ÇƏKİ VƏ ÇƏKİSİZLİK
Baron Münhauzen
tikəcəyi çoxmərtəbəli binanın
qeyri-adiliyi haqqında
elmi məruzə edir:
“...mənim tikəcəyim
tərsinə çevrilmiş göydələndə
Yerin mərkəzinə
yaxınlaşdıqca çəki azalır.
Yerin mərkəzində isə - binanın sakinləri tamamilə
çəkisizlik halında olacaqlar”.
Bu məlumatı dinləyən...
Biznesmen: Düşünürəm ki, Yerin mərkəzində heç bir çəkisizlikdən söhbət gedə bilməz. Əksinə, insanlar orada sonsuz böyük çəkiyə malik olacaqlar.
Mühəndis: Yerin mərkəzinə liftlə düşməyə, yəqin ki, bir neçə gün vaxt sərf olunar.
İpucu. Bilirsiniz ki, üfüqi səthdə sükunətdə
olan cismin çəkisi ədədi qiymətcə bu cismə
təsir edən ağırlıq qüvvəsinə bərabərdir:
P = mg .