Ağırlıq qüvvəsi həmişə cismin kütlə mərkəzinə tətbiq olunur və şaquli aşağı, Yerin
(və ya digər planetin) mərkəzinə doğru yönəlir (
c).
Yuxarıda deyilənlərdən aydın olur ki, “qravitasiya sahəsinin intensivliyi” və “sərbəstdüşmə təcili ”
anlayışları fərqli fiziki mahiyyət kəsb edir. Belə ki, qravitasiya sahəsinin intensivliyi sahənin
yaranması ilə yarandığı halda, sərbəstdüşmə təcili yalnız bu sahəyə ixtiyari bir cisim (sınaq cismi)
gətirildikdə ona ağırlıq qüvvəsinin təsiri nəticəsində yaranır.
2
Tətbiqetmə
Qravitasiya sahəsinin intensivliyi nədən asılıdır?
Təchizat: xətkeş, pərgar.
İşin gedişi: Mətndə verilən təsviri araşdırın (bax:
b) və Yer kürəsinin qravitasiya
sahəsinin intensivliklərinin modulları arasında hansı münasibət olduğunu təyin edin.
Nəticənin müzakirəsi:
- “Qravitasiya sahəsinin intensivliyi” və “sərbəstdüşmə təcili” anlayışları arasında ümumi
cəhət nədir? Onları fərqləndirən nədir?
Gündəlik həyatınızla əlaqələndirin:
Alimlərin hesablamalarına görə Yer səthindəki dağlar 15 000 m -dən uca ola bilməz.
Hansı səbəbdən bu nəticəyə gəlindiyini izah edə bilərsinizmi?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq
qaldı?
- Verilən şəraitdə cismin kütləsini 4 dəfə artırdıqda ağırlıq qüvvəsinin bu cismə verdiyi
sərbəstdüşmə təcilinin modulu necə dəyişər?
- Qravitasiya sahəsinin verilən nöqtəsinə gətirilən cismin sərbəstdüşmə təcili 7 m
san2-dır.
Həmin nöqtədə
sahənin intensivliyinin modulu nəyə bərabərdir?
- Qravitasiya sahəsinin intensivliyinin məsafədən asılılıq qrafiki nədir? Bu qrafiki təsvir edə
bilərsinizmi?
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın:
“Qravitasiya sahəsinin intensivliyi",
“Qravitasiya sahəsinin intensivliyinin modulu...”, “Ağırlıq qüvvəsi", “Ağırlıq qüvvəsi bərabərdir...”,
"qravitasiya sahəsinin intensivliyi” və “sərbəstdüşmə təcili” anlayışlarının fiziki mahiyyətləri arasında
fərq...