Burada - qravitasiya sahəsinin intensivliyi, m - bu sahəyə gətirilən maddi nöqtənin (cismin) kütləsi, - qravitasiya sahəsindəki maddi nöqtəyə təsir edən cazibə qüvvəsidir.
Qravitasiya sahəsinin intensivliyinin modulu nədən asılıdır?
Bu məqsədlə qravitasiya sahəsinin intensivliyinin modulunu Yer səthi və Yer səthindən h hündürlükdəki ixtiyari nöqtə üçün hesablayaq:
Burada FYer - Yer səthindəki cazibə qüvvəsi, M - Yerin kütləsi, R- Yerin radiusudur.
● Qravitasiya sahəsinin intensivliyinin modulu bu sahə mənbəyinin kütləsindən düz, sahənin verilmiş
nöqtəsinə qədərki məsafənin kvadratından tərs mütənasib asılıdır. O, sahəyə gətirilən cismin kütləsindən
asılı deyildir. Qravitasiya sahəsinin intensivliyi sahənin istənilən nöqtəsində radius boyunca
Qravitasiya sahəsinin intensivliyi ilə sərbəstdüşmə təcili eyni kəmiyyətlərdirmi?
Qravitasiya sahəsində yerləşən və ya bu sahəyə daxil olan ixtiyari cismə sahənin mənbəyi tərəfindən cazibə qüvvəsi təsir edir. Nəticədə cisim sahə mənbəyinin mərkəzinə (məsələn, Yerin mərkəzinə) doğru istiqamətlənmiş təcil - sərbəstdüşmə təcili alır. Cismə bu təcili qravitasiya sahəsinin ona təsir etdiyi ağırlıq qüvvəsi verir.
● Ağırlıq qüvvəsi - cismin Yer tərəfindən cəzb olunduğu qüvvədir. Ağırlıq qüvvəsi sahəyə gətirilmiş cismin kütləsi ilə Yerin bu cismə verdiyi sərbəstdüşmə təcili hasilinə bərabərdir:(2.15)