AĞIRLIQ QÜVVƏSİ. QRAVİTASİYA SAHƏSİNİN İNTENSİVLİYİ
Baron Münhauzen özünün “möhtəşəm” kəşfi haqqında elmi məlumat verir”... apardığım araşdırmalardan
müəyyən etdim ki, sən demə, bütün binalar Yer səthində Piza qülləsi kimi əyri durur. Bunu adi
üçbucaq
xətkeşlə asanlıqla yoxlamaq olar. Yalnız qütblərdə və ekvatordakı binalar nisbətən düz durub.”
Bu
“kəşfi” dinləyən...
Biznesmen -
Ola bilməz!
Axı Yer bütün binalara cazibə qüvvəsi ilə təsir edir və bu təsir Yerin mərkəzinə yönəlir.
Mühəndis -
İnanılmazdır! Binaların şaquliliyi taraz aləti ilə yoxlanılır, onlar əyri olsa idi, aşardılar.
Arif (10-cu sinif şagirdi) - Mən 100% bilirəm ki, Yer səthindəki bütün cisimlərə,
o
cümlədən
binalara ağırlıq qüvvəsi təsir edir.
Bu qüvvə də onlara sərbəstdüşmə təcili verir.
Müasir təsəvvürlərə görə, cisimlərarası qarşılıqlı cazibə təsiri materiyanın xüsusi
növü olan qravitasiya sahəsi vasitəsilə baş verir. İstənilən cisim öz ətrafında
qravitasiya sahəsi yaradır. Digər fiziki sahələr kimi qravitasiya sahəsi də özünəməxsus
qüvvə xarakteristikasına malikdir. Bu xarakteristika qravitasiya sahəsinin intensivliyi
adlanır.