2.5
ÜMUMDÜNYA CAZİBƏ QANUNU
Bilirsiniz ki, Yer səthində sərbəstdüşmə təcili 9,81 m/san2, Ay səthində isə - 6 dəfə kiçik olub 1,2 m/san2 -dir.
• Necə bilirsiniz, eyni kütləli cismi eyni hündürlükdən buraxdıqda harada daha tez düşər: Yer səthində, yoxsa Ayda? Niyə?
Astronavtlar uzun sürən kosmik səfərdən qayıtdıqdan sonra, akklimatizasiya proseduru keçirlər. Belə ki, onlar addımlamağı və əşyalarla rəftar etməyi yenidən “öyrənirlər”.
• Niyə astronavtlar uzun sürən kosmik səfərdən qayıtdıqdan sonra akklimatlaşma proseduru keçirlər?
Bilirsiniz ki, Kainatdakı bütün cisim və zərrəciklər - qalaktika ulduzları, Günəş
və planetlər, Yer sistemi cisimləri, molekullar, atomlar və s. bir-birini cazibə qüvvəsi
(və ya qravitasiya qüvvəsi) adlanan qüvvə ilə cəzb edir. İ.Nyuton bu qüvvənin asılı
olduğu kəmiyyətləri araşdırdıqdan sonra onun dünyəvi xarakter daşıdığını müəyyən
edən qanun - Ümumdünya cazibə qanununu formalaşdırdı.
● İki maddi nöqtə arasındakı qarşılıqlı cazibə qüvvəsi onların kütlələrinin hasilindən düz,
aralarındakı
məsafənin kvadratından tərs mütənasib asılıdır :
F = G m1m2
r 2. (2.9)
Burada F - cazibə (qravitasiya) qüvvəsinin modulu, m1 və m2 - maddi nöqtələrin kütlələri, r - maddi nöqtələr arasındakı məsafə, G - mütənasiblik əmsalı olub, Ümumdünya cazibə sabiti və ya sadəcə qravitasiya sabiti adlanır.
Qravitasiya sabitinin BS-də vahidi: [G ] = [F ]⋅[r 2 ]
[m]⋅[m] = 1 N⋅m2.
kq2
● Qravitasiya sabiti - qiymətcə kütlələri 1 kq, aralarındakı məsafə 1 m olan iki maddi nöqtə arasındakı qarşılıqlı cazibə qüvvəsinə bərabərdir.
Qravitasiya sabitinin ədədi qiymətini təcrübi olaraq 1798-ci ildə ingilis alimi Henri Kavendiş (1731-1810) təyin etmişdir. Bu qiymət dünyəvidir - Kainatda bütün cisimlər üçün, ölçülərindən və kütlələrindən asılı olmayaraq eynidir:
G = 6,67⋅10-11N⋅m2
kq2 . (2.10)
Göründüyü kimi, qravitasiya sabitinin ədədi qiyməti çox kiçikdir. Buna görə də, nisbətən kiçik kütləli cisimlər arasında cazibə qüvvəsi hiss olunmur. Yalnız çox böyük kütləli cisimlər, məsələn, ulduz-planet, planet-peyk, planet-planet sisteminin cisimləri və s. arasında cazibə qüvvəsi hiss ediləcək dərəcədə böyük qiymətə malikdir.