Nyutonun III qanunundan aşağıdakı nəticələr çıxır:
● Cisimlərin qarşılıqlı təsiri zamanı eyni anda yaranan qüvvələr eyni təbiətlidir. Məsələn, iki kürə
elastiki toqquşduqda onlar bir-birinə eyni təbiətli (elektromaqnit təbiətli) qüvvə ilə təsir
edir.
● Qarşılıqlı təsir nəticəsində meydana çıxan qüvvələr müxtəlif cisimlərə tətbiq olunur. Ona görə də
bu
qüvvələr heç vaxt bir-birini tarazlaşdıra bilmir - bir-birinin təsirini kompensasiya edə bilmir.
Yalnız
bir cismə tətbiq olunan qüvvələr bir-birinin təsirini kompensasiya edə bilir.
2
Tətbiqetmə. Hansı müddəa doğrudur?
Məsələ. Şəkildə iki hadisə təsvir edilmişdir:
a) |
Oğlan divara bağlanmış kəndiri dartır. Bu zaman kəndirin üzərindəki dinamometr 650 N
qüvvə tətbiq olunduğunu göstərir (I);
|
b) |
Oğlan atın boynuna bağlanmış kəndiri dartır. Bu zaman həmin kəndirin üzərindəki
dinamometr də 650 N qüvvəni göstərir (II).
Təsvirləri araşdırıb aşağıdakıları müzakirə
edin.
|
Nəticənin müzakirəsi:
- Hansı halda oğlan daha böyük qüvvə tətbiq edir: divara, yoxsa atın boynuna bağlanan kəndiri
dartdıqda? Nə üçün?
- Bu hadisələrdə oğlanla divar və oğlanla at arasında yaranan qarşılıqlı təsir qüvvələrinin tətbiq
nöqtələrini və istiqamətlərini təsvirdə göstərə bilərsinizmi?
Gündəlik həyatınızla əlaqələndirin:
- Yəqin ki, suda üzən balıqları müşahidə etmisiniz: balıq üzgəclərinin köməyi ilə suyu arxaya
itələyir və istədiyi istiqamətdə üzür. Balıqla bağlı hesablama sisteminə görə onun üzməsini
təmin edən təsir və əks təsir qüvvələri necə yaranır? Bu qüvvələrin hara tətbiq olunduğu, hansı
istiqamətə yönəldiyi və modulları arasındakı münasibət haqqında nə deyə bilərsiniz?
- Nyutonun III qanununun tətbiqinə aid gündəlik həyatda rast gəldiyiniz hadisələrdən misal göstərə
bilərsinizmi?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq
qaldı?
- İki cismin qarşılıqlı təsiri nəticəsində yaranan qüvvələr arasında ümumi və fərqli cəhət nədir?
- Qarşılıqlı təsir nəticəsində yaranan qüvvələr bir-birinin təsirini kompensasiya edə bilərmi?
Niyə?
- Nyutonun III qanunu əvvəlki iki qanunun müəyyən edə bilmədiyi hansı problemi həll etdi?
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan müddəalar haqqında qısa esse yazın: “Təsir-əks təsir”, “Nyutonun III qanunu”.