2.4
TƏSİR VƏ ƏKS TƏSİR: NYUTONUN III QANUNU
Sahilə iki eyni qayıq yan alır: buna qayıqçılar kəndiri dartmaqla nail olurlar. Belə ki, birinci qayıq bir ucu sahildəki dirəyə bağlanmış kəndirin digər ucundan qayıqdakı qayıqçı tərəfindən dartılır. İkinci qayığı kəndirin bir ucundan qayıqdakı qayıqçı, digər ucundan isə sahildə duran adam dartır (a). Hər üç adam eyni qüvvə tətbiq edir.Araşdırmadan müəyyən etdiniz ki, dinamometrlərin bir-birinə təsir etdikləri qüvvələr modulca bərabər, istiqamətcə əksdir (əqrəblər əks istiqamətlərə meyil etdi):
Bu bərabərlik Nyutonun III qanununu ifadə edir:
● Ətalət hesablama sistemində iki cisim bir-birinə modulca bərabər, eyni bir düz xətt üzrə əks
istiqamətlərə yönələn qüvvələrlə qarşılıqlı təsir edir.
Nyutonun bu qanunu göstərir ki, cisimlər bir-biri ilə qarşılıqlı təsirdə olduqları üçün qüvvələr həmişə cüt-cüt meydana çıxır. Bu o deməkdir ki, əgər ixtiyari cismə ikinci bir cisim müəyyən qüvvə ilə təsir edirsə, bu cisim də ikinci cismə mütləq modulca eyni, istiqamətcə əks tərəfə yönələn qüvvə ilə təsir edir. Nyutonun II qanununa görə, bu qüvvələr cisimlərə istiqamətcə bir-birinin əksinə yönəlmiş təcillər verəcək:
Burada m1 və m2 uyğun olaraq qarşılıqlı təsirdə olan cisimlərin kütlələri, və həmin cisimlərin təcilləridir.