Tətbiqetmə
Nyutonun II qanununu tətbiq edək
Məsələ. Bərabərtəcilli hərəkət edən 5 kq kütləli cisim 3 san müddətində
sürətini 2
m
san -dən 4
m
san
-yə dəyişdi.
Təyin edin: a) cismin təcilini; b)
cismə
təsir edən əvəzləyici qüvvənin modulunu; c) cismə təsir edən qüvvə impulsunu; d) cismin sürət
dəyişməsinin baş verdiyi müddətdəki yerdəyişməsini.
Nəticənin müzakirəsi:
● Cismin təcilini hansı düsturla təyin etdiniz?
● Cismə təsir edən əvəzləyici qüvvə ona təsir edən qüvvə impulsundan nə ilə fərqlənir?
● Cismin yerdəyişməsini necə təyin etdiniz?
Gündəlik həyatınızla əlaqələndirin:
Şəkildə hərəkətdə olan helikopterin müəyyən andakı təcil və sürətinin istiqamətləri təsvir
edilmişdir. Helikopterə təsir edən əvəzləyici qüvvə və qüvvə impulsunun istiqamətini təyin edin.
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- Nyutonun II qanununun
düsturuna istinad etməklə cismə təsir edən əvəzləyici
qüvvənin onun kütləsindən və təcilindən asılı olduğunu söyləmək olarmı? Nə üçün?
-
Əgər cismə eyni zamanda dörd qüvvə -
qüvvələri təsir edərsə, Nyutonun II qanunu necə yazılar?
- Cismin sürətinin istiqaməti ona təsir edən əvəzləyici qüvvənin təsir istiqamətinin
əksinə ola bilərmi? Cavabınızı misallarla əsaslandırın.
- Şəkildə verilən əvəzləyici qüvvə proyeksiyası-təcil proyeksiyası qrafikində α
bucağının tangensi nəyi ifadə edir?