Bu asılılıqları Nyuton araşdırmış və qanun şəklində ümumiləşdirmişdir. Nyutonun II qanunu
adlanan həmin
qanun belə ifadə olunur:
● Ətalət hesablama sistemində cismin aldığı təcil ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, bu
cismin kütləsi ilə tərs mütənasibdir.
Qanunu belə də ifadə etmək olar: cismə təsir edən əvəzləyici qüvvə cismin kütləsi ilə təcilinin hasilinə bərabərdir:
Nyutonun II qanunundan qüvvənin BS-də vahidi olan nyutonun ifadəsi müəyyən edilmişdir:
● 1 nyuton elə qüvvənin vahidinə deyilir ki, onun təsiri ilə kütləsi 1 kq olan cisim
1 m
san2 təcil alsın: [F ] = [m][a] =
1 kq ⋅ m
san2 = 1N.
Qüvvə hərəkət sürətini dəyişən səbəbdir! Kinematikadan bilirsiniz ki, cismin təcili onun sürət dəyişməsinin yeyinliyidir:
Sadələşmə aparsaq, alarıq:
Burada — impuls (və ya hərəkət miqdarı) adlanır.
● İmpuls — mexaniki hərəkətin miqdarı olub cismin kütləsi ilə onun sürəti hasilinə bərabər vektorial fiziki kəmiyyətdir. İmpuls hərfi ilə işarə edilir:
İmpulsun BS-də vahidi: [p] = [m] ⋅ [v] = 1 kq⋅m
san.
● Qüvvə ilə onun təsir müddətinin hasilinə qüvvə impulsu deyilir.
Burada — qüvvə impulsu adlanır.
Qüvvə impulsu vektorial kəmiyyət olub istiqamətcə əvəzləyici qüvvənin təsir istiqamətindədir. Onun BS-də vahidi nyuton-saniyədir:
[F Δt ] = 1N ⋅
san = 1 kq ⋅ m
san.