2.3
DİNAMİKANIN ƏSAS QANUNU: NYUTONUN II QANUNU
Peşəkar voleybolçu sürətlə gələn topu qəbul etmək üçün əvvəlcə,
birləşdirdiyi əllərini irəli uzadır, topu qəbul etdiyi an isə əllərini topun
hərəkət istiqamətində geriyə qaytarır.
-
Voleybolçu sürətlə üzərinə gələn topu qəbul edən an niyə əl
birləşməsini geri qaytarır?
1
Təcil və qüvvə arasında hansı asılılıq var?
Təchizat: tribometr, blok, sap, tircik, dinamometr, arabacıq, yüklər dəsti (1
N-luq), saniyəölçən, tərəzi və çəki daşları.
İşin gedişi:
- Tribometri masada üfüqi yerləşdirin. Onun səthinə arabacığı qoyub içərisində tirciyi
yerləşdirin. Dinamometrin bir ucunu arabacığa birləşdirin, digər ucuna isə sap bağlayıb
blokdan aşırın. Sapın açıq ucundan yük asıb saniyəölçəni işə salın, aşağıdakı
kəmiyyətləri təyin edin və nəticələri 2.2 cədvəlinə yazın (a):
a) arabacığın müəyyən sx yerdəyişməsinə sərf olunan
t1 zaman
fasiləsini;
b) dinamometrin göstəricisinə əsasən arabacığa təsir edən F1x əvəzləyici
qüvvəsini.
- Sapın ucundakı yükün qarmağından ikinci yük asıb təcrübəni təkrarlayın: arabacığın eyni
sx yerdəyişməsinə sərf olunan t2 zaman fasiləsini və arabacığa
təsir edən F2x əvəzləyici
qüvvənin qiymətini cədvəldə qeyd edin.
-
Uyğun ifadələrə əsasən a = 2s
t 2 düsturundan arabacığın
a1x və
a2x təcillərini hesablayın.
Cədvəl 2.2
№ |
sx , m |
m1, kq |
m2, kq |
t, san |
ax , m san 2 |
Fx , N |
1 |
|
|
|
|
|
|
2 |
|
|
|
|
|
|
Nəticənin müzakirəsi:
- Araşdırmadan arabacığa təsir edən əvəzləyici qüvvə ilə onun aldığı təcil arasında hansı
asılılığı müəyyən etdiniz?
Araşdırmadan müəyyən etdiniz ki, verilən kütləli cismin təcili ona təsir edən əvəzləyici qüvvə ilə düz
mütənasibdir:
a1
a2 = F1
F2 .
Digər tərəfdən, bilirsiniz ki, müxtəlif kütləli cisimlər eyni əvəzləyici qüvvənin təsiri altında
müxtəlif təcillər alır - cismin təcili onun kütləsi ilə tərs mütənasibdir:
a1
a2 = m2
m1 .