Tətbiqetmə
Sap nə üçün müxtəlif yerlərdən qırıldı?
Təchizat: iki tərəfindən qarmağı olan 1 kq-lıq metal
silindr, sap, ştativ, dəstək.
İşin gedişi:
- Silindri şəkildəki kimi ştativdən asın (d). Eyni
şərait yaratmaq məqsədilə silindrin aşağı və
yuxarı qarmağına bağlanan sapların eyni uzunluqda
olmasına diqqət yetirin. Sap qırılan
zaman ağır silindrin düşməsinin qarşısını
almaq üçün o, möhkəm qaytanla dayağa bağlanır.
- Aşağıdakı sapın ilgəyinə keçirilən dəstəkdən tutaraq azca yuxarı qaldırın və birdən
aşağı dartın. Bu zaman hansı sapın qırıldığına diqqət yetirin (e).
- Qırılan sapı yenisi ilə əvəz edin və dəstəyə tətbiq olunan dartı qüvvəsini birdən deyil,
tədricən artırmaqla onu yavaş-yavaş aşağı dartın. Bu zaman hansı sapın qırıldığına
diqqət
yetirin və müşahidə etdiyiniz hadisələrin səbəbi üzərində müzakirələr aparın (f).
Nəticənin müzakirəsi:
- Nə üçün dəstəyi birdən aşağı dartdıqda aşağıdakı sap qırıldı?
- Dəstəyi tədricən, yavaş-yavaş dartdıqda isə silindrin asıldığı yuxarı sap qırılır. Nə
üçün?
- Bu eksperimentin Nyutonun I qanunu ilə nə əlaqəsi var?
İpucu. Cismin ətalətliliyinin necə meydana çıxdığı, cisimlərin bir-birinə
təsiretmə müddətlərinin rolunu nəzərə alın.
Gündəlik həyatınızla əlaqələndirin:
Yəqin ki, sirkdə belə bir nömrəni müşahidə etmisiniz:
üfüqi uzanan pəhləvanın sinəsi üzərinə ağır zindan
(50-60 kq) qoyulur, assistent isə gürzü zərblə
zindana vurur (
h).
Pəhləvan üçün bu zərbələr heç bir
təhlükə yaratmır, lakin o, döş qəfəsi üçün ciddi
təhlükə yarada bilən bir hadisənin baş verməsindən
hər zaman qorxub ehtiyat edir. Bu hansı hadisədir?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha
yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
- Nyutonun I qanunu bəzən ətalət qanunu da adlanır, nə üçün?
- Şəkildə cismin sürət proyeksiyası-zaman qrafiki verilmişdir (i ). Hansı zaman
fasiləsində cismə təsir edən qüvvələr bir-
birini tarazlaşdırır?