Gündəlik həyatınızla əlaqələndirin:
Fərz edin ki, otaqdakı masanı iki nəfər itələyir. Onlardan biri nisbətən böyük qüvvə ilə
qərbə, digəri isə nisbətən kiçik qüvvə ilə şimala. Masa hansı istiqamətə yerini dəyişər?
Cavabınızı sxemlə əsaslandırın.
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq
qaldı?
- Dinamika kinematikadan nə ilə fərqlənir?
- Cisimlər arasında qarşılıqlı təsir hansı fiziki kəmiyyətlə xarakterizə olunur?
- Cismə təsir edən qüvvəni müəyyənləşdirmək onun haqqında nəyi bilmək deməkdir? Cavabınızı
əsaslandırın.
- Cismə təsir edən bütün qüvvələrin əvəzləyicisi nə deməkdir?
- Cismin təcil almasında kütlə nə kimi rola malikdir?
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “dinamika”, “dinamikanın əsas
məsələsi”,
“qüvvə”, “əvəzləyici qüvvə”, “dinamikada təcil”, “kütlə”.
2.2
ƏTALƏTLƏ HƏRƏKƏT: NYUTONUN I QANUNU
Yay tətilində aşağıdakı hadisələri, yəqin ki, ya müşahidə etmisiniz, yaxud da özünüz yaşamısınız:
a) |
Velosipedçi düzxətli yolda velosipedi bərabərsürətlə sürür;
|
b) |
Hərdən o, ayaqlarını yerə qoymadan velosipedi sükunətdə saxlamağa çalışır;
|
c) |
Velosipedçi diqqətsizlik səbəbindən təkərin daşa dəydiyini görmür və o, qəfil dayanan
velosipedin üzərindən aşaraq yerə yıxılır .
|
- Velosipedçinin düzxətli yolda bərabərsürətli hərəkət etməsinə səbəb nədir?
- Velosipedçinin ayaqlarını yerə qoymadan velosipedin üzərində öz tarazlığını saxlaya bilməsinə
səbəb nədir?
- Velosipedçi nə üçün qəfil dayanan velosipedin üzərindən onun hərəkəti istiqamətində aşır?