Siz “Kinematika” fəslinin dərs materiallarını öyrənməklə bərabərsürətli hərəkəti bərabərtəcilli
hərəkətdən fərqləndirməyi, bu hərəkətlərin tənliklərini yazmağı bacardınız. Lakin hərəkətin hansı
səbəbdən bərabərsürətli, yaxud təcilli olduğunu araşdırmadınız. Bu sual mexanikanın
dinamika bölməsində
öyrənilir.
● Dinamika (yun. “dinamikos ” - qüvvətli, güclü) - hərəkətin xarakterini müəyyənləşdirən səbəbləri
aşkar
edən, bu səbəblərin hərəkətə necə təsir etdiyini öyrənən mexanika bölməsidir.
● Dinamikanin əsas məsələsi - qüvvənin təsirinə görə cismin hərəkətinin xarakterini, yaxud əksinə,
cismin hərəkətinin xarakterinə görə ona hansı qüvvənin təsir etdiyini müəyyənləşdirməkdir.
Dinamikada “qüvvə” anlayışı başlıca anlayış olub cisimlərin qarşılıqlı təsirini xarakterizə edən vektorial fiziki kəmiyyətdir (bax: Fizika-7, s. 30 ). Qüvvə vektorunun istiqaməti bir cismin digərinə təsir istiqaməti ilə üst-üstə düşür, onun modulu isə bu təsiri miqdarca ifadə edir. Müəyyən bir qüvvədən danışıldıqda aydın təsəvvür olunmalıdır ki:
Cismə bir-neçə qüvvə təsir edirsə, bu qüvvələr bir yekun qüvvə ilə əvəzlənir.
a1
a2 = m2
m1.