DİNAMİKANIN ƏSASLARI
Gəncə zəlzələsi
1139-cu il sentyabr ayının 30-da gecə Qədim Şərqin nəhəng şəhərlərindən
olan Gəncədə güclü zəlzələ baş vermişdir. Tarixi mülahizələrə görə bu təbii
fəlakət nəticəsində 230 000 insan dağıntılar altında qalaraq həlak olmuşdur.
Nizami Gəncəvi “İskəndərnamə”də Gəncə
zəlzələsini belə təsvir etmişdir:
Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Dağ - daş sarsılaraq qopub uçanda
Fələk toz altında qaldı bir anda...
Fələk zəncirinin həlqələritək
Yerin də bəndləri ayrıldı tək-tək.
Azdı yollarını gur axan sular,
Dağlar çırpışmaqdan bitab oldular.
Heç bir göz səlamət qalmadı inan
Matəm sürməsinə qərq oldu cahan.
O qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə.
Günəş sistemi planetləri içərisində ən uca
dağ Mars səthindəki Olimp dağıdır. Onun
zirvəsi planetin səthindən 26 000 m
yüksəklikdədir.
Yer planetində isə ən uca zirvə
Everestdir, onun dəniz səviyyəsindən
hündürlüyü 8 847 m-dir. Alimlərin
hesablamalarına görə, Yer səthində dağlar
15 000 m-dən uca ola bilməz.