1.15.
Şəkil 6-da cismin hərəkət qrafiki təsvir edilmişdir. Qrafiki diqqətlə nəzərdən keçirib aşağıdakı sualları cavablandırmağa çalışın.
I sual. Qrafiklər hansı növ hərəkəti təsvir edir?
II sual. Cisimlərin hərəkətləri bir-birindən nə ilə fərqlənir?
III sual. Hansı cisim daha böyük, hansı cisim isə ən kiçik sürətlə hərəkət
edir?
IV sual. Cisimlərin hərəkət tənlikləri necə yazılır?
1.16.
Motosikletçi sirkdə radiusu 4 m olan silindrik formalı divar boyunca fırlanma
hərəkəti edir (ş.7. yuxarıdan görünüşü). Motosikletçinin
mərkəzəqaçma təcilinin 25 m
san2
olduğunu bilərək onun xətti və bucaq sürətlərini təyin edin.
1.17.
Velosipedin təkərinin diametri 0,5 m-dir. Təkərin fırlanma tezliyi nə qədər
olmalıdır ki, velosipedçinin sürəti 10 m
san
olsun (π = 3)?