1.8.
M, N və O arabacıqlarının hər üçü eyni istiqamətdə və eyni sürətlə hərəkət edir (ş.4). Hesablama sistemi N arabacığı ilə əlaqədar olarsa, bu sistemə görə M və O arabacıqlarının vəziyyətləri haqqında nə demək olar?
1.9.
Velosipedçi 10 m/san sabit sürətlə əvvəlcə 3 km şimala, sonra isə 4 km şərqə hərəkət etdi. Təyin edin: a) velosipedçinin bütün yola sərf etdiyi vaxtı; b) onun yerdəyişməsinin modulunu.
1.10.
Sürət modulunun verilən qiymətlərini m
san - yə
çevirin:
v1 = 180km
saat; v2 = 2,4km
dəq;
v3 = 16km
san; v4 = 120sm
san.
1.11.
Futbolçu meydanda sabit v = 5 m
san sürəti ilə
əvvəlcə cənuba
l1=20 m, sonra qərbə l2 = 40 m, daha sonra
isə şimala l3 = 30 m qaçdı.
Təyin edin: a) futbolçunun qaçdığı ümumi yolu; b) onun yerdəyişməsinin modulunu; c) başlanğıc
vəziyyətinə həmin sürətlə düz xətt boyunca qayıtmasına sərf etdiyi müddəti.
1.12.
Şəkildə sürət proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir (ş.5).
Qrafikə uyğun gələn hərəkəti təsvir edin.
Təyin edin:
a) yerdəyişmənin modulunu;
b) 0 - 4 saat zaman fasiləsində gedilən yolu;
c) təcilini..
1.13.
Helikopter Bakıdan “Neft daşları”na uçur. Onun havaya nəzərən hərəkət sürətinin modulu
v1 =
108 km/saat-dir. Heliokopterin hərəkətinin əksi istiqamətində əsən küləyin sürətinin modulu
v2 = 10 m/san-dir.
Təyin edin:
a) helikopterin Yerə nəzərən sürətinin modulunu;
b) 30 dəq müddətindəki Yerə nəzərən yerdəyişməsini. Hərəkətin sxemini çəkin.
1.14.
Əvvəlki məsələni küləyin əsmə istiqamətinin helikopterin hərəkət istiqamətinə perpendikulyar olduğu hal üçün həll edin. Hərəkətin sxemini çəkin.