Çevrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtə dövretmə perioduna bərabər müddətdə (t = T ) tam bir dövr edir və bu zaman radius-vektor φ = 2π radian bucaq qədər dönür. Ona görə də bərabərsürətli hərəkətdə bucaq sürəti ilə dövretmə periodu və ya tezliyi arasında aşağıdakı əlaqə yaranır:
ω = 2π
T = 2πv .
Xətti sürət. Xətti sürət - maddi nöqtənin çevrə üzrə hərəkət sürətinin moduluna deyilir. Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin modulu sabit olub (v = const ) istiqaməti isə daim dəyişir və trayektoriyanın istənilən nöqtəsində çevrəyə toxunan istiqamətdə yönəlir (c).
Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət ədədi qiymətcə gedilən yolun bu yolu getməyə sərf olunan zamana nisbətinə bərabərdir:
v = l
t .
Çevrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtə dövretmə perioduna bərabər müddətdə (t = T ) tam bir dövr edir və bu zaman maddi nöqtə çevrənin uzunluğuna bərabər yol gedir: l = 2πR. Bunu xətti sürətin ifadəsində nəzərə alsaq, xətti sürətlə bucaq sürəti arasında əlaqə düsturu alınar:
v = 2π
TR = ωR.
Mərkəzəqaçma təcili. Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin istiqamətinin dəyişmə yeyinliyi mərkəzəqaçma təcili və ya normal təcil adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.