Dövretmə tezliyi. Dövretmə tezliyi - çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamandakı dövrlərinin sayıdır:
v = N
t.
Burada v — dövretmə tezliyidir (bəzən o, n hərfi ilə ifadə olunur). Dövretmə tezliyinin BS-də vahidi saniyədə birdir:
[v] = 1
san = san-1.
v = 1
T ;
T = 1
v .
Bu o deməkdir ki, dövretmə tezliyi nə qədər kiçikdirsə, dövretmə periodu bir o qədər dəfə böyükdür və ya əksinə.
Dönmə bucağı. Dönmə bucağı - çevrə üzrə hərəkətdə radius-vektorun döndüyü bucaqdır. O, radiuslar arasındakı qövsün uzunluğunun çevrənin radiusuna nisbəti ilə ölçülən fiziki kəmiyyətdir (b):
φ = l
R .
Burada φ - dönmə bucağı, l - dönmə bucağına uyğun qövsün uzunluğu, R - çevrənin radiusudur. Çevrə üzrə bərabərsürətli hərəkət edən nöqtənin radius-vektorunun bərabər zaman fasilələrində dönmə bucaqları eyni olur. Dönmə bucağı skalyar kəmiyyət olub BS-də vahidi radiandır :
[φ] = 1 rad.
● 1 rad elə dönmə bucağına deyilir ki, onun cızdığı qövsün uzunluğu çevrənin radiusuna bərabər olsun (l=R).Bucaq sürəti. Bucaq sürəti - dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:
ω = φ
t.
Burada ω — bucaq sürətidir. Çevrə üzrə bərabərsürətli hərəkət edən nöqtənin bucaq sürəti zaman keçdikcə dəyişməz qalır (ω = const). Bucaq sürətinin BS-də vahidi saniyədə radiandır:
[ω] = 1rad
san .