Tətbiqetmə
İki qatar
Qazaxa gedən Nigar 70 km/saat sürətlə hərəkət edən qatarda pəncərədən eyni
sürətlə qarşıdan gələn qatarın vaqonlarının pəncərələrinə baxırdı. Budur, qarşıdan
gələn qatarın sonuncu vaqonu da onun pəncərəsinin qarşısından keçib getdi.
I sual. Qarşıdan gələn qatarın sonuncu vaqonu Nigarın pəncərəsinin
qarşısından
keçib getdiyi an o özünün getdiyi qatarın sürətində hansı dəyişikliyi hiss etdi?
II sual. 70 km/saat sürətlə qarşı-qarşıya gələn iki qatarın uyğun olaraq
bir-birinə
və yerə nəzərən sürətləri nəyə bərabərdir?
Gündəlik həyatınızla əlaqələndirin:
- Qatarda hərəkət edən sərnişinin qatara nəzərən sürətini, qatarın isə Yerə nəzərən
sürətini bilməklə sərnişinin yerə nəzərən sürətini necə təyin etmək olar?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- “Mexaniki hərəkət nisbidir” müddəası nə deməkdir?
- “Sükunətdə olan hesablama sistemi” və “hərəkətdə olan hesablama sistemi” dedikdə, nə
başa
düşülür?
- Sürətlərin toplanmasının ümumi qanunu necə ifadə olunur?
- Dünyanın geosentrik və heliosentrik təsəvvürlərinə əsasən cisimlərin vəziyyəti uyğun
olaraq
hansı göy cisminə nəzərən müəyyən olunurdu? Cavabınızı əsaslandırın. Bu təsəvvürlərin
baniləri
kimlərdir?
- Motorlu qayıq sahilboyu bir məntəqədən digərinə qədərki yola çayın axını istiqamətində
40 dəq,
axının əksinə isə 1 saat 10 dəq vaxt sərf etdi. Çay axınının sürətinin modulu 8 km/saat
olarsa,
qayığın suya nəzərən sürətinin modulu nəyə bərabərdir?