1.7
MEXANİKİ HƏRƏKƏTİN NİSBİLİYİ
v1=50 km
saat
v2=60 km
saat
Bilirsiniz ki, maddi nöqtənin (və ya cismin) fəzada vəziyyəti hesablama sisteminin seçilməsindən asılıdır
- müxtəlif hesablama sisteminə nəzərən maddi nöqtənin vəziyyəti müxtəlif ola bilər. Deməli, cismin
fəzada vəziyyəti nisbidir. Bu nisbilik cismin yalnız vəziyyətinə deyil, onun hərəkətinə də aiddir:
● Cismin bir-birinə nəzərən hərəkətdə olan müxtəlif hesablama sistemlərinə nisbətən yerdəyişməsi və
sürəti də müxtəlifdir.
Hərəkətin nisbiliyini növbəti məsələnin həlli ilə araşdıraq.
Məsələ 2. İki balıqçı çay axını ilə hərəkət edən salın səthindədir. Birinci balıqçı
yeşik üzərində
oturub balıq tutur, ikinci isə salın hərəkət istiqamətinə perpendikulyar istiqamətdə onun bir kənarından
digər kənarına keçir. İkinci balıqçının sahildə duran müşahidəçiyə nəzərən yerdəyişməsini və sürətini
təyin edin (c).