Kim haqlıdır?
Səbinə piyada keçidində dayanıb işıqforun yaşıl işığını gözləyirdi. Birdən yol kənarında dayanan avtomobilin sürücüsü ilə DYP əməkdaşı arasındakı mübahisə onun diqqətini çəkdi. DYP əməkdaşı sürücüyə xüsusu cihazın ekranındakı rəqəmi göstərib onun yaşayış məntəqəsindəki yol ayrıcından 94 km/saat sürətlə keçdiyini bildirirdi. Sürücü isə bu hökmlə heç cür razılaşmayaraq deyirdi:
- Mən Xırdalandan çıxanda saat 800 idi, indi isə saat 1000-dur. Getdiyim yol isə cəmi 50 km-dir.
I sual. Kim bu mübahisədə haqlıdır, niyə?
II sual. Sürücünün iddiasına görə, o hansı sürətlə hərəkət etmişdir?
III sual. Avtomobildə sürəti ölçən cihaz nə adlanır?