Mail novun meyil bucağını dəyişdikdə də təcilin qiymətinin hər üç cisim üçün sabit qaldığı aşkar olur. Qalileyin gəldiyi nəticə: Yer kürəsi səthinin verilən hissəsində bütün cisimlərə eyni təcil verir.
Aparılan ölçmələr göstərmişdir ki, sərbəstdüşmə təcili adlandırılan bu təcil Yer səthinin yaxınlığında ≈ 9,8 mSərbəstdüşmə təcilinin istiqaməti həmişə şaquli aşağı - Yerin mərkəzinə doğru yönəlir. Cisim düşərkən o, bərabəryeyinləşən hərəkət edir. Bu zaman sərbəstdüşmə təcili vektorunun istiqaməti sürət vektorunun istiqaməti ilə üst-üstə düşür. Seçilən koordinat oxu hərəkət istiqamətində yönəldilərsə, təcilin ox üzrə proyeksiyasının işarəsi müsbət olur (c).
Təcrübə göstərir ki, şaquli yuxarı atılan cisim də sərbəstdüşmə təcili ilə hərəkət edir. Belə ki, cisim yuxarı atıldıqda o, bərabəryavaşıyan hərəkət edir. Seçilən koordinat oxu hərəkət istiqaməti üzrə yönəldilərsə, sərbəstdüşmə təcili vektorunun istiqaməti koordinat oxunun əksinə yönəldiyindən onun ox üzrə proyeksiyası mənfi olur (d).Beləliklə, həm sərbəst düşən, həm də şaquli yuxarı atılan cismin hərəkəti bərabərtəcilli olduğundan bu hərəkət üçün əvvəlki dərslərdə aldığımız düsturlar tamamilə ödənilir (bax: cədvəl 1.3).
Cədvəl 1.3.Bərabərtəcilli hərəkətin kinematik tənlikləri: vektor və proyeksiyada | h hündürlüyündən şaquli aşağı atılan cismin sürəti | Şaquli yuxarı atılan cismin hərəkəti |
Şaquli aşağı və yuxarı atılan cismin yerdəyişməsi uyğun olaraq düşdüyü və qalxdığı hündürlüyə bərabər olduğuna görə, vy = v, sy=h və v0y=v0 götürülmüşdür: | ||
v = v0 + gt, h = v0t + gt 2 2; h = v 2 - v0 2 2g. v0 = 0 olduqda: v=gt; h = gt2 2. |
v=v0- gt, h = v0t - gt 2 2. Cismin sürəti maksimum hündürlüyə çatdığı an sıfıra bərabər olduğundan (v = 0): v0 = gt. |