PRAKTİK İŞ
BƏRABƏRTƏCİLLİ HƏRƏKƏT ÜÇÜN “YOLLAR QANUNU”
Məqsəd: mail yerləşdirilən novla bərabərtəcilli diyirlənən kürəciyin yollar qanununu
(yolların
nisbətinin nəyə bərabər olduğu) müəyyənləşdirməyi bacarmaq.
Təchizat: Qaliley novu, kürəcik, metal silindr (xüsusi istilik tutumu dəstindən),
metronom
(və ya saniyəölçən), ölçü lenti, mufta və tutqacı olan ştativ.
İşin gedişi:
I mərhələ. Kürəciyin hərəkət təcilinin təyini.
- Novu ştativə maili olaraq elə bərkidin ki, o, üfüqlə kiçik bucaq təşkil etsin. Diyirlənən kürəciyi
tormozlamaq üçün novun aşağı hissəsində metal silindr yerləşdirin. Metronom elə tənzimlənir ki o,
dəqiqədə 120 zərbə vursun.
- Novun yuxarı hissəsindən kürəcik buraxılan an metronom işə salınır. Novun mailliyi elə tənzimlənir
ki, metronomun 4-cü zərbəsində kürəcik silindrlə toqquşsun. Bu hal üçün kürəciyin hərəkət müddəti t
= 2 san, kürəciyin getdiyi məsafə isə s = 132 sm ± 1 sm olur.
-
Sükunət halından ( v0 = 0) hərəkətə başlayan kürəciyin təcilinin modulu a = 2s
t 2 düsturundan
hesablanır.
II mərhələ. Yollar qanununun müəyyənləşdirilməsi.
- Təcrübə şəraiti dəyişdirilmədən o, ardıcıl zaman fasilələri üçün təkrarlanır: kürəciyin ardıcıl
t1=1 san,t2=2 san,t3=3 san,t3=4 san
müddətlərində getdiyi uyğun yollar
l = at 2
2 düsturuna əsasən hesablanır.
- Alınan ifadələri verilən cədvəldə qeyd edin, yolların nisbətinin nəyə bərabər olduğunu - “yollar
qanununu” müəyyənləşdirin:
l1 : l2 : l3 : l4=⋅⋅⋅?
Təcrübənin
sayı
|
Metronomun zərbələr sayı |
a,m san2 |
l,m |
t,san |
l1:l2:l3:l4=⋅⋅⋅? |
1
2
3
4
|
|
≈0,66 |
|
1
2
3
4
|
|
- Təcrübədən gəldiyiniz nəticəni ümumiləşdirin.