Bərabəryeyinləşən və bərabəryavaşıyan hərəkətlər. Bərabərtəcilli hərəkət xarakterinə
görə ya
bərabəryeyinləşən, yaxud da bərabəryavaşıyan olur.
● Bərabəryeyinləşən hərəkətdə və vektorları eyni istiqamətə yönəlir. Bu
halda v0x və ax
proyeksiyalarının hər ikisinin işarəsi ya müsbət, yaxud da mənfi olur. Maddi nöqtə sükunət halından
(v0x=0) hərəkətə başlayırsa, istiqamətindən asılı olmayaraq hərəkət bütün hallarda
bərabəryeyinləşəndir.
● Bərabəryavaşıyan hərəkətdə və vektorları əks istiqamətə yönəlir. Bu
halda v0x və ax
proyeksiyaları əks işarəli olur - biri mənfi olduqda digəri müsbət olur.
Özünüzü qiymətləndirin:
a) | sürət proyeksiyasının zamandan asılılıq qrafikini qurun; |
b) | avtomobilin başlanğıc sürətinin və təcilinin proyeksiyasını təyin edin; |
c) | t-nin hansı qiymətində avtomobilin dayandığını təyin edin; |
e) | avtomobilin hərəkət tənliyini yazın. |