Bu xətt, başlanğıc sürət sıfırdan fərqli olduğu halda, sürətin artmasına, yaxud azalmasına uyğun olaraq ya yuxarı, yaxud da aşağı meyil edir (c).
Düzxətli bərabərtəcilli hərəkətdə yerdəyişmə. Bərabərtəcilli hərəkətdə yerdəyişmə düsturunun sürət-zaman qrafiki əsasında çıxarılması əlverişlidir. Yerdəyişmənin x oxu üzrə proyeksiyası vx (t ) qrafiki ilə zaman oxu arasında qalan fiqurun sahəsinin ədədi qiymətinə bərabərdir. Verilən qrafikdə ştrixlənmiş bu fiqur trapesiyadır (bax: c):
sx = v0x+vx
2 ⋅ t
(1.16)
(1.17)
Sonuncu düsturda -nin əvəzinə onun (1.13)-dəki ifadəsi yazılarsa, bərabərtəcilli hərəkət üçün yerdəyişmənin ümumi tənliyi alınar:
(1.18)
Beləliklə, düzxətli bərabərtəcilli hərəkətdə yerdəyişmənin proyeksiyasının (məs.: x oxu üzərində) tənliyi aşağıdakı kimi olur:
sx = v0xt + axt2
2.
(1.19)
Maddi nöqtə sükunət halından (v0x = 0) hərəkətə başlayarsa, onun hərəkət tənliyi:
sx = axt2
2.
(1.20)
Tənlikdən göründüyü kimi, düzxətli bərabərtəcilli hərəkətdə yerdəyişmənin proyeksiyası zamandan kvadratik asılıdır (sx~t 2 ) və onun qrafiki koordinat başlanğıcından keçən paraboladır (d).