Təcil. Dəyişənsürətli hərəkətdə ani sürətin qiymət və istiqamətinin dəyişmə yeyinliyi
təcil adlanan
kəmiyyətlə xarakterizə olunur:
● Təcil - sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fasiləsinə nisbətinə bərabər olan fiziki
kəmiyyətdir:
(1.9)
Əgər zamanın hesablanması sıfırdan başlayırsa Δt = t — 0 = t olur, bu halda:
(1.10)
Təcil vektorial kəmiyyət olub istiqaməti -nin istiqaməti ilə üst-üstə düşür.
Sadəlik üçün burada və gələcəkdə elə düzxətli dəyişənsürətli hərəkətə baxılacaq ki, həmin hərəkətdə
maddi nöqtənin istənilən bərabər zaman fasiləsində sürəti eyni qədər dəyişmiş olsun. Bu cür hərəkət
bərabərtəcilli hərəkət adlanır:
● Bərabərtəcilli hərəkət - istənilən bərabər zaman fasilələrində sürət dəyişməsi sabit qalan
hərəkətdir.
Bərabərtəcilli hərəkətdə təcilin qiymət və istiqaməti dəyişmir:
[a]= [Δv]
[Δt] = 1 m/san
san = 1 m
san2.
Bilirsinizmi? Təcil fizika və texnikada istifadə olunan mühüm kəmiyyətlərdən biridir. Məlumdur ki, avtomobil, avtobus və qatar ehmal tormozlandıqda sərnişinlər bir narahatlıq hiss etmir, lakin kəskin tormozlandıqda isə ciddi təhlükə yaranır. Deməli, bu hadisədə sürət dəyişməsi deyil, bu dəyişmənin hansı yeyinliklə baş verdiyi vacibdir. Maşın və mexanizmlərdə sürət dəyişməsinin yeyinliyini nəzarətdə saxlamaq üçün təcilölçən cihazdan - akselerometrdən (lat. accelero - təcilləndirirəm + yun. metreo - ölçürəm) istifadə edilir (c).