1.4
DÜZXƏTLİ DƏYİŞƏNSÜRƏTLİ HƏRƏKƏT. TƏCİL
Verilir | Həlli | Hesablanması |
t0 = 0 → v0 = 0 t1 = 5 san → v1 = 18 m/san t2 = 10 san → v2 = 30 m/san Δv1 -? Δv2 -? Δv1 Δt1 -? Δv2 Δt2 -? |
Δv1 = v1 -
v0 Δv2 = v2 - v1 Δt1 = t1 - t0 Δt2 = t2 - t1 |
.... .... .... .... |
● Düzxətli hərəkətdə bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr icra edən
maddi nöqtənin hərəkəti düzxətli dəyişənsürətli hərəkət adlanır.
Dəyişənsürətli hərəkətdə sürət sabit qiyməti ilə xarakterizə oluna bilmir. Belə hərəkətdə
ya orta sürət adlanan sürətdən istifadə edilir.
Orta sürət.
● Dəyişənsürətli hərəkət edən maddi nöqtənin trayektoriyanın verilən hissəsindəki orta sürəti, onun bu hissəsindəki yerdəyişməsinin həmin yerdəyişməyə sərf etdiyi zamana nisbətinə bərabərdir.(1.7)
● Dəyişənsürətli hərəkət edən maddi nöqtənin yola görə orta sürəti gedilən ümumi yolun bu yolu getməyə sərf etdiyi zamana nisbətinə bərabərdir:
vor = lüm
tüm.
(1.8)