Uzununa dalğa - mühitin zərrəciklərinin rəqsi hərəkət istiqaməti boyunca yayılan dalğadır. Uzununa dalğalar bütün mühitlərdə (bərk cisim, maye və qazlarda) yayıla bilir. Uzununa dalğalar mühitdə bir-birini əvəz edən sıxlaşmalar və seyrəkləşmələr formasında yayılır.
Ü
Ümumdünya cazibə qanununu - iki maddi nöqtə arasındakı qarşılıqlı cazibə qüvvəsi onların kütlələrinin hasilindən düz, aralarındakı məsafənin kvadratından tərs mütənasib asılıdır:
F = G m1m2
r2.
Burada F − cazibə (qravitasiya) qüvvəsinin modulu, m1 və m2 − maddi nöqtələrin kütlələri, r − maddi nöqtələr arasındakı məsafə, G − mütənasiblik əmsalı olub ümumdünya cazibə (qravitasiya) sabiti və ya sadəcə qravitasiya sabiti adlanır.
V
Vatt (1Vt) − 1 saniyədə 1C iş görən mexanizmin gücünə deyilir.
Vektorial kəmiyyət − ədədi qiymətindən (modulundan) başqa, istiqaməti ilə də verilən kəmiyyətdir.
Y
Yaylı rəqqas − yay və ona bağlanmış cisimdən ibarət rəqs sistemidir.
Yerdəyişmə − hərəkətdə olan maddi nöqtənin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır.
Yunq modulu − nazik çubuğu iki dəfə dartıb uzatmaq üçün lazım olan gərginliyə bərabər fiziki kəmiyyətdir. O, cismin hazırlandığı materialdan asılıdır və onun da BS- də vahidi paskaldır:
[E ] = [σ]
[ε] = 1Pa.
Z
Zamanın bircinsliliyi - zamanın paralel köçürülməsinə nəzərən simmetriyasıdır: qapalı sistemin fiziki xassələri zamanın başlanğıc anının seçilməsindən asılı deyildir, zamanın bütün anları ekvivalentdir.