2. Momentlər qaydası və ya tərpənməz fırlanma oxu olan cismin tarazlıqda olması üçün ona təsir edən qüvvələrin fırlanma oxuna nəzərən momentlərinin cəbri cəmi sıfıra bərabər olmalıdır:
M1 + M2 + ... + Mn = 0.
Temperatur - makroskopik sistemin istilik tarazlığını xarakterizə edən kəmiyyətdir: istilik tarazlığında sistemin bütün hissələrinin temperaturu eynidir. Temperatur - cismin molekullarının xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür.
Termodinamika - fizikanın istilik hadisələrini makroskopik nöqteyi-nəzərindən öyrənən bölməsidir.
Termodinamikanın birinci qanunu - termodinamik sistemin daxili enerjisinin dəyişməsi bu sistemə verilən istilik miqdarı ilə xarici qüvvələrin sistem üzərində gördüyü işin cəminə bərabərdir.
ΔU = Q + A.
Termodinamikanın birinci qanunu belə ifadə edilə bilər: termodinamik sistemə verilən istilik miqdarı onun daxili enerjisinin dəyişməsinə və sistemin xarici qüvvələr üzərində gördüyü işə sərf olunur:
Q = ΔU + A'.
Termodinamikanın ikinci qanunu - yeganə nəticəsi yalnız bir mənbədən alınan istilik hesabına periodik işləyən maşın düzəltmək mümkün deyildir. İstilik enerjisi öz-özünə soyuq cisimdən isti cismə keçə bilməz.
Bununla da termodinamikanın ikinci qanunu termodinamik proseslərin istiqamətinin qanunauyğunluğunu müəyyən etdi. O göstərdi ki, istiliyin soyuq cisimdən isti cismə verilmə prosesini öz-özünə deyil, müəyyən mexaniki iş görmək nəticəsində həyata keçirmək olar.
Termodinamik sistem - istənilən makroskopik cisim və ya cisimlər sistemidir. Termodinamik sistemin halı makroskopik və ya termodinamik parametrlərlə (kütlə, sıxlıq, həcm, təzyiq, temperatur) xarakterizə olunur.
Təcil - sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fasiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir:
Təcil - vektor kəmiyyət olub istiqaməti -nin istiqaməti ilə üst-üstə düşür.
Trayektoriya - maddi nöqtənin verilmiş hesablama sisteminə nəzərən üzəri ilə hərəkət etdiyi xətdir.
U