Sürüşmə sürtünmə qüvvəsi - bir cismin səthində digər cisim sürüşdükdə yaranan sürtünmə qüvvəsidir. Sürüşmə sürtünmə qüvvəsi ədədi qiymətcə səthin reaksiya qüvvəsi ilə (təzyiq qüvvəsi ilə) mütənasib olub sükunət sürtünmə qüvvəsinin maksimal qiymətinə bərabərdir:
(Fsür.)sürüşmə = (Fsür.)maxsükunət = μN.
Burada μ — mütənasiblik əmsalı olub sürüşmə sürtünmə əmsalı adlanır: o, toxunan cisimlərin hazırlandığı materialdan və toxunan səthlərin hamarlığından asılıdır. μ — adsız kəmiyyətdir; vahidi yoxdur.
Sükunət sürtünmə qüvvəsi - birinə nəzərən sükunətdə olan cisimlər arasında yaranan sürtünmə qüvvəsidir. Sükunət sürtünmə qüvvəsi ədədi qiymətcə sükunətdə olan cismə toxunan səthlərə paralel yönələn dartı qüvvəsinə bərabər olub, onun əksinə yönəlir.
Ş
Şarl qanunu - sabit həcmdə verilmiş kütləli ideal qazın təzyiqinin onun mütləq temperaturuna nisbəti sabitdir (V = const, m = const):
p
T = mR
M ⋅ 1
V = const.
Qazın başlanğıc halındaki p1 təzyiqinin T1 temperaturuna olan nisbəti bu parametrlərin qazın ixtiyari halındaki p2 və T2 qiymətləri nisbətinə bərabərdir:
p1
T1 = p2
T2.
Sabit həcmdə (V = const) verilmiş ideal qazın halının dəyişmə prosesi izoxotik proses adlanır. İzoxorik prosesdə qazın təzyiqi onun temperaturundan düz mütənasib asılıdır.
T
Tam mexaniki enerjinin saxlanması qanunu - qapalı sistemi təşkil edən cisimlər bir-birinə konservativ qüvvələrlə təsir etdikdə sistemin tam mexaniki enerjisi sabit qalır.
Ek2 + Ep2 = Ek1 + Ep1 ,
ET = const.
Tarazlığın şərtləri - o, ikidir:
1. İrəliləmə hərəkətində olan cismin tarazlıq şərti: irəliləmə hərəkətində olan cismin tarazlıqda olması üçün ona tətbiq edilən əvəzləyici qüvvə (cismə təsir edən bütün qüvvələrin həndəsi cəmi) sıfıra bərabər olmalıdır: