Potensial enerji haqqında teorem - ağırlıq qüvvəsinin gördüyü iş əks işarə ilə cismin potensial enerjisinin dəyişməsinə bərabərdir.
A = −(Ep2 − Ep1) = −ΔEp .
R
Radius-vektor − koordinat başlanğıcını maddi nöqtə ilə birləşdirən vektordur.
Relyativistik mexanika - mexanika qanunlarının işıq sürəti ilə müqayisə olunan sistemlərdə baxılan fizika bölməsidir.
Rezonans - məcburedici qüvvənin dəyişmə tezliyi sistemin sərbəst rəqs tezliyi ilə eyni olduqda məcburi rəqslərin amplitudunun kəskin artması hadisəsidir.
Rəqs periodu - bir tam rəqsə sərf olunan zamandır.
Rəqs tezliyi - ədədi qiymətcə bir saniyədəki rəqslərin sayına bərabər olan fiziki kəmiyyətdir.
Riyazi rəqqas - uzanmayan və çəkisi nəzərə alınmayacaq qədər kiçik olan sapdan asılan maddi nöqtədən ibarət ideallaşdırılmış rəqs sistemidir.
S
Səthi gərilmə qüvvəsi - mayenin səthini hüdudlandıran xəttə perpendikulyar olub səth boyunca yönələn və mayenin səthinin sahəsini kiçiltməyə çalışan qüvvədir. Səthi gərilmə qüvvəsi maye ilə bərk cismin toxunma sərhədinin uzunluğu (mayenin sərbəst səthinin uzunluğu) ilə düz mütənasibdir.
Fs.g = σ ⋅ l.
Burada Fs.g − mayenin səthi gərilmə qüvvəsi, l − mayenin sərbəst səthinin bərk cismə toxunma sərhədinin uzunluğu, σ (siqma) − səthi gərilmə əmsalıdır.
Səthi gərilmə əmsalı - ədədi qiymətcə maye ilə bərk cismin vahid toxunma sərhədinin uzunluğuna düşən səthi gərilmə qüvvəsinə bərabərdir:
σ = Fs.g
l.
Sərbəstdüşmə − yalnız ağırlıq qüvvəsinin təsiri altında düşən (v0=0) cismin hərəkətidir. Belə hərəkət g təcili ilə bərabəryeyinləşəndir.
Sərbəst rəqslər − qapalı sistemdə daxili konservativ qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir.
Soyuducu qurğunun soyuducu əmsalı (ξ − psi) - soyuducudan alınan istilik miqdarının xarici qüvvələrin (məsələn, elektrik mühərrikinin) gördüyü işə nisbətinə deyilir.
ξ = Q2
A = Q2
Q1 - Q2.
İdeal soyuducu qurğunun soyuducu əmsalı:
ξmax = T2
T1 - T2
Sükunət enerjisi - seçilmiş hesablama sisteminə nəzərən sükunətdə olan cismin enerjisidir.