Mütləq rütubət − verilən şəraitdə havada olan su buxarının sıxlığına bərabər olan fiziki kəmiyyətdir.
Mütləq rütubəti (havadakı su buxarının sıxlığını) Mendeleyev-Klapeyron tənliyinə əsasən su buxarının parsial təzyiqi ilə ifadə etmək olar:
ρb = ppM
RT.
Burada M = 18 q
mal − suyun molyar kütləsi,
T
− havanın temperaturu, pp − buxarın parsial təzyiqi, R − universal qaz
sabiti,
ρb − havada olan su buxarının sıxlığıdır − mütləq rütubətdir. Mütləq rütubət,
adətən, q/m3
ilə ölçülür.
Müqavimət qüvvəsi - bərk cismin mayedə və qazda hərəkəti zamanı meydana çıxan və hərəkətin əksinə yönələn qüvvədir.
N
Nisbilik prinsipi - mexanika qanunları bütün ətalət hesablama sistemlərində eynidir.
Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturda
doyan su buxarının
sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir.
Nisbi rütubət faizlərlə ifadə olunur: φ = ρp
ρ0 ⋅ 100%.
Burada ρ0 — havadakı doyan su buxarının sıxlığı, φ — havanın nisbi rütubətidir.
Nyutonun I qanunu - elə hesablama sistemləri vardır ki, həmin sistemlərə nəzərən sükunətdə olan və ya düzxətli bərabərsürətli hərəkət edən cismə heç bir xarici təsir olmadıqda (və ya ona edilən təsirlər bir-birini tarazlaşdırdıqda) o, sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır.
Nyutonun II qanunu - ətalət hesablama sistemində cismin aldığı təcil ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, bu cismin kütləsi ilə tərs mütənasibdir:
Nyutonun III qanunu − ətalət hesablama sistemində iki cisim bir-birinə modulca bərabər, eyni bir düz xətt üzrə əks istiqamətlərə yönələn qüvvələrlə qarşılıqlı təsir edir:
1 nyuton - elə qüvvənin vahidinə deyilir ki, onun təsiri ilə
kütləsi 1 kq olan cisim 1
m
san2
təcil alsın: [F ] = [m] [a] = 1 kq ⋅ m
san2 = 1N.
P
Parsial təzyiq − qaz qarışığında ayrıca götürülmüş qazın təzyiqidir.
Polikristallar - müxtəlif istiqamətlərə yönələn çoxlu sayda kristal mərkəzlərin böyüməsi və birləşməsi nəticəsində yaranan kristallardır.
Potensial enerji - qarşılıqlı təsirdə olan cisimlərin (və ya zərrəciklərin) malik olduqları enerjidir.
Ep = mgh.