Mexaniki hərəkət - cismin zaman keçdikcə fəzada başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsidir.
Mexaniki iş - əvəzləyici qüvvənin modulu, yerdəyişmənin modulu və bu qüvvə ilə yerdəyişmə vektorları arasında qalan bucağın kosinusu hasilinə bərabərdir:
A = F ⋅ s ⋅ cosα.
Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafinda əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafinda gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir.
Menisk - mayenin bərk cismin (və ya digər mayenin) səthinə toxunması nəticəsində onun sərbəst səthinin əyilməsidir. Menisklə bərk cismin səthi arasındakı bucaq kənar bucaq adlanır.
Məcburi rəqs -periodik dəyişən xarici qüvvələrin təsiri hesabına baş verən rəqslərdir.
Molekulyar fizika - makroskopik cisimlərin daxili quruluşunu, onun xassəsini və materiyanın istilik hərəkətinin əsas qanunauyğunluqlarını öyrənən fizika bölməsidir.
Molekulyar-kinetik nəzəriyyənin müddəaları:
I müddəa: bütün maddələr zərrəciklərdən − atom və molekullardan təşkil olunmuşdur.
II müddəa: maddəni təşkil edən zərrəciklər fasiləsiz və nizamsız (xaotik) hərəkətdədir.
III müddəa: maddə zərrəcikləri bir-biri ilə qarşılıqlı təsirdədir - onlar arasında cazibə və itələmə xarakterli qüvvələr mövcuddur.
Molyar kütlə − maddənin bir molunun kütləsinə deyilir: M = m0 ⋅ NA.
Molekulların konsentrasiyası - vahid həcmdə olan molekulların sayıdır.
n = N
V.
Molekulların orta kvadratik sürəti - molekulların sürətinin kvadratının orta qiymətinin kvadrat köküdür:
Molekulların orta kvadratik sürəti MKN baxımından aşağıdakı düsturlarla da hesablana bilər:
Burada T − mütləq temperatur, k − Bolsman sabiti, m0 − bir molekulun kütləsi, n − molekulların konsentrasiyası, − molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisi, ρ − sıxlıq, p − təzyiqdir.
Monokristallar − vahid kristal mərkəzin böyüməsi nəticəsində yaranan kristallardır.