Qravitasiya sabitinin ədədi qiyməti təcrübi olaraq 1798-ci ildə ingilis alimi Henri Kavendiş (1731-1810) təyin etmişdir. Bu qiymət dünyəvidir - Kainatda bütün cisimlər üçün ölçülərindən və kütlələrindən asılı olmayaraq eynidir:
G = 6,67 ⋅ 10 -11 N ⋅ m2
kq2.
Qravitasiya sahəsinin intensivliyi - qravitasiya sahəsində maddi nöqtəyə (cismə) təsir edən cazibə qüvvəsinin onun kütləsinə nisbəti ilə ölçülən vektorial fiziki kəmiyyətdir.
Burada — qravitasiya sahəsinin intensivliyi, m — bu sahəyə gətirilən maddi nöqtənin (cismin) kütləsi, — qravitasiya sahəsində maddi nöqtəyə təsir edən cazibə qüvvəsidir.
Qravitasiya sahəsinin intensivliyinin modulu bu sahə mənbəyinin kütləsindən düz, sahənin verilmiş nöqtəsinə qədərki məsafənin kvadratından tərs mütənasib asılıdır. O, sahəyə gətirilən cismin kütləsindən asılı deyildir. Qravitasiya sahəsinin intensivliyi sahənin istənilən nöqtəsində radius boyunca sahə mənbəyinin mərkəzinə doğru yönəlir. Qravitasiya sahəsinin verilmiş nöqtəsində sahə intensivliyinin modulu həmin nöqtədə sərbəstdüşmə təcilinin moduluna bərabərdir, verilmiş nöqtədə onların istiqamətləri də üst-üstə düşür.
Maddə miqdarı (ν) — ondakı molekulların və ya atomların nisbi sayının avoqadro ədədinə olan nisbətinə deyilir:
ν = N
NA.
N − verilən maddədəki molekulların sayıdır.
Maddə miqdarının BS -də vahidi moldur (1mol): [v ] = 1mol.
Mol (1mol) - kütləsi 0,012 kq olan karbon atomlarının sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
Maddənin nisbi molekul (və ya atom) kütləsi - həmin maddənin molekulunun m0 kütləsinin, karbon atomu kütləsinin 1/12 -nə olan nisbətinə deyilir:
Mr − nisbi molekul kütləsi, m0 − maddə molekulunun kütləsidir.
Maddi nöqtə - hərəkətin verilmiş halında ölçüləri nəzərə alınmayan cisimdir.
Makroskopik cisim - böyük miqdar atom və molekullardan təşkil olunan cisimdir.
Mexanika (yun. mekhane - maşın, mexanizm) - mexaniki hərəkətin başvermə qanunauyğunluqlarını, onun səbəbini öyrənən elmdir.
Mexaniki dalğa - mexaniki rəqslərin mühitdə yayılma prosesidir. O, vakuumda yayılmır.Mexaniki dalğalar elastik mühitdə (bərk cisim, maye və qazlar) yayılır.