Harmonik rəqs - sərbəst rəqs edən sistemin vəziyyətini xarakterizə edən fiziki kəmiyyətlərin zamandan asılı olaraq sinus və ya kosinus qanunu ilə dəyişdiyi rəqslərdir.
Hesablama sistemi - hesablama cismi, onunla bağlı koordinat sistemi və zamanı hesablamaq üçün cihazın təşkil etdiyi sistemdir.
X
Xətti sürət - maddi nöqtənin çevrə üzrə hərəkət sürətinin moduluna deyilir.
Xüsusi buxarlanma istiliyi — ədədi qiymətcə sabit temperaturda kütləsi 1kq olan mayeni tamamilə buxara çevirmək üçün lazım olan istilik miqdarına bərabərdir.
L = Q
m.
Burada L - xüsusi buxarlanma istiliyi, Q - buxarlanma istiliyidir. Xüsusi buxarlanma istiliyinin BS-də vahidi:
[L] = 1 C
kq = 1 m2
san2
Xüsusi ərimə istiliyi - ədədi qiymətcə kütləsi 1 kq olan kristal maddəni ərimə temperaturunda mayeyə çevirmək üçün sərf edilən istilik miqdarıdır.
λ = Q
m.
λ —verilən maddənin xüsusi ərimə istiliyidir.
Xüsusi nisbilik nəzəriyyəsinin I postulatı - təbiətin bütün qanunları bütün ətalət hesablama sistemlərində eynidir və heç bir fiziki təcrübə ilə inersial sistemləri bir- birindən fərqləndirmək olmaz.
Xüsusi nisbilik nəzəriyyəsinin II postulatı - işığın vakuumda yayılma sürəti bütün ətalət hesablama sistemlərində eynidir və o, işıq mənbəyinin və qəbuledicisinin sürətindən asılı deyildir. İşıq sürəti təbiətdə mövcud olan maksimal sürətdir.
İ
İdeal qaz - aşağıdakı şərtləri ödəyən qazdır.
- Molekullarının həcmi onlar arasındakı məsafədən çox-çox kiçikdir və nəzərə alınmır. Ona görə də ideal qaz molekulları, demək olar, bir-biri ilə qarşılıqlı təsirdə olmur - ideal qaz molekullarının qarşılıqlı təsir potensial enerjisi sıfıra bərabərdir: Ep = 0. Odur ki ideal qaz istənilən qədər sıxıla bilir;
- Molekulları arasındakı qarşılıqlı cazibə xarakterli qüvvələr nəzərə alınmayacaq dərəcədə zəifdir;
- Molekulları arasında itələmə xarakterli qüvvələr yalnız bir-biri ilə və ya yerləşdikləri qabın divarı ilə toqquşduqda meydana çıxır; molekulların toqquşmaları mütləq elastikdir;
- Molekulları ixtiyari sürət ala bilər, hər bir molekulun hərəkəti klassik mexanika qanunlarına tabedir.