Elastik dalğalar - elastik mühitlərdə mexaniki dalğaların ötürülmə prosesidir.
Elastiklik qüvvəsi - bərk cismin ixtiyari kiçik deformasiyası zamanı yaranan və cismin əvvəlki vəziyyətini bərpa etmək istiqamətində yönələn qüvvədir.
Elastiki deformasiya olunmuş cismin potensial enerjisi - onun sərtliyi və gərilməsinin (və ya sıxılmasının) kvadratı hasilinin yarısına bərabərdir.
Ep = kx2
2.
Eninə dalğa - mühitin zərrəciklərinin rəqsi hərəkət istiqamətinə perpendikulyar yayılan dalğadır. Eninə dalğalar yalnız bərk cisimlərdə və mayelərin səthində yayıla bilir. Eninə dalğalar mühitdə bir-birini əvəz edən qabarıqlar və çöküklər formasında yayılır.
G
Gey-Lüssak qanunu - sabit təzyiqdə verilmiş kütləli ideal qazın həcminin onun mütləq temperaturuna nisbəti sabitdir (p = const, m = const):
V
T = mR
M ⋅ 1
p = const.
Qazın başlanğıc halındakı V1 həcminin T1 temperaturuna olan nisbəti bu parametrlərin qazın ixtiyari halındakı V2 və T2 qiymətləri nisbətinə bərabərdir:
V1
T1 = V2
T2.
Sabit təzyiqdə (p = const) verilmiş ideal qazın halının dəyişmə prosesi izobar proses adlanır. İzobar prosesdə qazın həcmi onun temperaturundan düz mütənasib asılıdır.
Gərilmə diaqramı - mexaniki gərginliyin nümunənin nisbi uzanmasından asılılıq qrafikidir.
Güc - görülən işin bu işi görməyə sərf edilən zamana nisbətinə deyilir.
N = A
t.
Gücün BS də vahidi vattdır (Vt):
[N ] = 1 C
san = 1 kq ⋅ m2
san3 = 1Vt.
H