Doyan buxar - öz mayesi ilə dinamik tarazlıqda olan buxardır.
Doymayan buxar - öz mayesi ilə dinamik tarazlıqda olmayan buxardır.
Dönmə bucağı - çevrə üzrə hərəkətdə radius-vektorun döndüyü bucaqdır. O, radiuslar arasındakı qövsün uzunluğunun çevrənin radiusuna nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:
φ = l
R.
Burada φ — dönmə bucağı, l — dönmə bucağına uyğun qövsün uzunluğu, R — çevrənin radiusudur.
Dönməz proses - real hadisələrin öz-özünə əksinə baş verməsinin qeyri-mümkün olduğu prosesdir.
Dövretmə periodu - maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zamandır:
T = t
N.
Burada T — dövretmə periodu, N — maddi nöqtənin t müddətindəki tam dövrlərinin sayıdır.
Dövretmə periodunun BS-də vahidi saniyədir:
[T ] = 1 san.
Dövretmə tezliyi - çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamanda etdiyi dövrlərin sayıdır:
ν = N
t.
Burada ν — dövretmə tezliyidir. Dövretmə tezliyinin BS-də vahidi saniyədə bir və ya hersdir:
[ν] = 1
san = san-1 = 1Hs.
Dövretmə periodu ilə dövretmə tezliyi qarşılıqlı tərs kəmiyyətlərdir:
ν = 1
T; T = 1
ν
Dövri tezlik - rəqs tezliyindən 2π dəfə böyük kəmiyyət olub fiziki mənaca rəqqasın ≈6,28 (2π ≈ 6,28) saniyədə neçə rəqs etdiyini göstərir.
Düzxətli bərabərsürətli hərəkət - düzxətli hərəkətdə istənilən bərabər zaman fasilələrində eyni yerdəyişmə icra edən maddi nöqtənin hərəkətidir. Zaman keçdikcə düzxətli bərabərsürətli hərəkətin sürətinin modulu və istiqaməti dəyişmir:
Düzxətli dəyişənsürətli hərəkət - düzxətli hərəkətdə bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr icra edən maddi nöqtənin hərəkətidir.
E