Sabit temperaturda verilmiş ideal qazın başlanğıc halındakı p1 təzyiqi ilə V1 həcminin hasili bu parametrlərin qazın ixtiyari halındakı p2 və V2 qiymətləri hasilinə bərabərdir:
p1V1 = p2V2 → p1
p2 = V2
V1
Sabit temperaturda (T = const) verilmiş ideal qazın halının dəyişmə prosesi izotermik proses adlanır. İzotermik prosesdə qazın təzyiqi onun həcmi ilə tərs mütənasibdir.
Böhran temperaturu - maye ilə onun doyan buxarı arasındakı fərqin yox olduğu temperaturdur.
Broun hərəkəti - mayelərdə (və ya qazlarda) asılı halda olan “yad” hissəciklərin nizamsız hərəkətidir.
Bucaq sürəti - dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:
ω = φ
t.
Burada ω — bucaq sürətidir. Çevrə üzrə bərabərsürətli hərəkət edən nöqtənin bucaq sürəti zaman keçdikcə dəyişməz qalır (ω = const). Bucaq sürətinin BS-də vahidi saniyədə radiandır:
[ω] = 1 rad
san.
Buxarəmələgəlmə - maddənin maye halından qaz halına keçmə prosesidir.
Buxarlanma - mayenin səthində baş verən buxarəmələgəlmə hadisəsidir.
Buxarlanma istiliyi - sabit temperaturda m kütləli mayeni buxara çevirmək üçün lazım olan istilik miqdarıdır.
Q = Lm.
C
Coul (1C) - hərəkət istiqamətində təsir edən 1N qüvvənin 1m
yerdəyişmədə gördüyü işdir: [A] = 1N ⋅ m = 1 kq⋅m2
san2= 1 C.
Ç
Çevrə üzrə bərabərsürətli hərəkət - maddi nöqtənin sürətinin modulu çevrənin bütün nöqtələrində eyni olan hərəkətdir.
Çəki - Yerin cazibəsi nəticəsində cismin üfüqi dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsidir.