A
Ağırlıq qüvvəsi - cismin Yer tərəfindən cəzb olunduğu qüvvədir. Ağırlıq qüvvəsi cismin kütləsi ilə Yerin bu cismə verdiyi sərbəstdüşmə təcili hasilinə bərabərdir.
Akselerometr (lat. accelero - təcilləndirirəm + yun. metreo - ölçürəm) - təcil-ölçən cihazdır.
Amorf cisimlər - zərrəciklərinin fəzadakı düzülüşündə nizamsızlıq olan və fiziki xassələri daxilində götürülən istiqamətdən asılı olmayan, yəni izotrop olan bərk cisimdir. Amorf cisimlərin dəqiq ərimə temperaturu yoxdur−onları qızdırdıqda tədricən yumşalır və mayeyə çevrilir.
Amplitud- rəqs edən cismin tarazlıq vəziyyətindən ən böyük yerdəyişməsidir.
Anizotropluq -fiziki xassələrin (mexaniki, istilik, elektrik, optik və s. xassələrin) istiqamətdən asılı olmasıdır.
Atom kütlə vahidi (a.k.v) - 126 C izotopunun kütləsinin 1/12 hissəsinə deyilir.
1 a.k.v. = 1
2m0,C = 1,66 ⋅ 10
-27kq
Avoqadro ədədi (sabiti) - istənilən maddənin bir molunda olan molekulların (və ya atomların) sayıdır:
NA = 6,02 ⋅ 1023mol-1.
Avoqadro qanunu - eyni temperatur və təzyiqdə həcmləri bərabər olan qazların molekullarının sayı eynidir.
B
Bərabərtəcilli hərəkət - istənilən bərabər zaman fasilələrində sürət dəyişməsi sabit qalan hərəkətdir. Bərabərtəcilli hərəkətdə təcilin qiymət və istiqaməti dəyişmir:
Birinci növ daimi mühərrik (perpetuum mobile I) - bir dəfə işə salınan və kənar mənbədən enerji almadan daim işləyən mühərrikdir.
Boyl-Mariott qanunu - sabit temperaturda verilmiş ideal qazın təzyiqinin həcminə hasili sabitdir (T = const, m = const):
pV = m
MRT = const.